Cimmi Ueyls - Vikipediyanın yaradıcısı. - web 2.0
Yazı lenti :

Bütün fənlərə aid web 2.0 alətlərini bu blogdan əldə edə bilərsiniz...
Ana səhifə » » Cimmi Ueyls - Vikipediyanın yaradıcısı.

Cimmi Ueyls - Vikipediyanın yaradıcısı.

Müəllif Gulnar tarix 28.11.2014 | 09:29

Like


Cimmi Donal Ueyls  — internet-sahibkar, vikikonsepsiyasının ideoloqu, Vikipediyanın yaradıcısı.
Cimmi Ueyls həm də Vikipediya və müxtəlif viki-layihələri idarə edən və qeyri-kommersiya təşkilatı olan  Vikimedia Fondu ilə əlaqəsi olmayan Wikia adlı şirkətin qurucusudur.
1966-cı ildə Amerika Birləşmiş Ştatlarının Alabama ştatının, Hantsvill şəhərində anadan olmuşdur. Kiçik bir özəl məktəbi bitirəndən sonra universitetə hazırlıq məktəbi olan "Randolph School"da təhsilini davam etdirmişdir. Uels iqtisadiyyat istiqaməti üzrə Aubern Universitetində bakalavr və Alabama Universitetində isə magistr dərəcəsinə yiyələnmişdir. 1996-cı ildə Uels "Bomis" əyləncə xarakterli axtarış portalının əsasını qoymuşdur. Hazırda Uels bu şirkətin fəaliyyətində aktiv iştirak etmir
2000-ci ilin martında Uels ingilis dilində "Nupedia.com"ensiklopediyasını yaratmış və baş redaktor vəzifəsinə Larri Senqeri təyin etmişdir.
Cimmi Uels 2001-ci ilin 15 yanvarında "Vikipediya"ensiklopediyasını yaratdı. "Vikipediya", həmçinin wiki (havay dilində "mümkün qədər tez") mexanizminə əsaslanırdı, əvvəlcə "Nupedia"ensiklopediyasının məzmununu formalaşdırmalı olan köməkçi sayt kimi yaradılmışdı. Hazırda, "Vikipedia" dünyanın ən böyükensiklopediyasıdır. Onu internet istifadəçilərinin stolüstü kitabı adlandırırlar. "Vikipediya" müraciətlərin sayına görə sorğu resurslardan sonra ikinci yeri tutur. 2003-cü ilin 20 iyun tarixində Uels "Vikipediya" və digər bu tipli layihələrin dəstəyilə məşğul olan qeyri-kommersiya təşkilatını – "Vikimedia" Fondunu, Florida ştatında və Sankt-Peterburqda yaratdı. 2009-cu ildə Cimmi Uels saytın istifadəçilərinə müraciət edərək maliyyə yardımına ehtiyac olduğunu bildirmişdir. Bu müraciətdən sonra saytın 125 mindən artıq istifadəçisi 4 milyon dollar dəyərində ianə vermişdir.
"Vikipediya"nın uğurlarından ilham alan Uels 2004-cü ildə Ancela Bizli ilə birlikdə "Vikicities"in layihəsini idarə etməsi ilə məşğul olan "Wikia" kommersiya şirkətinin əsasını qoymuşdur. 2005-ci ilin 3 oktyabrında Uels viki-texnologiyaların təchizatçısı olan "Socialtext" şirkətinin Direktorlar Şurasına qoşulmuşdur. Hazırda Cimmi, həyat yoldaşı Kristin və qızı Kira ilə Floridada və Sankt-Peterburqda yaşayır.





Paylaş:Facebook Twitter Google+
Bu yazını paylaş :

0 коммент. :

Şərhinizi bildirin

Fikirləriniz bizim üçün maraqlıdır... !

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

~~ e-resurs.edu.az ~~

~~ Fotofilm ~~

~~ Təsadüf yazılar ~~

~~ Çox oxunanlar ~~

 
Support : Veb 2.0 | Gulnar Gunduz |

Copyright © 2014. web 2.0 - All Rights Reserved