facebook.com - web 2.0
Yazı lenti :

Bütün fənlərə aid web 2.0 alətlərini bu blogdan əldə edə bilərsiniz...

facebook.com

Müəllif Gulnar tarix 12.10.2014 | 05:12

Like








facebook.com - əsası 2004-cü ildə Mark Zukerberq və onun otaq yoldaşlarıEduardo SaverinDastin Moskovits və Kris Hyuz tərəfindən qoyulmuş, dünyada ən böyük sosial şəbəkə.
2004–cü ilin fevral ayında Harvard Universitetinin tələbəsi Mark Zukerberq Facebook sosial şəbəkəsini yaratmaq fikrinə düşdü. Yeni sayt Harvard Universiteti tələbələrinin görüş yeri kimi hazırlanmışdı. Bununla yanaşı aktiv iştirakçıların sayı 66 milyonu aşmışdı və illik satışlar təxminən 150 milyon dollar olurdu.

Yeni Facebook şəbəkəsinin durmadan sürətli inkişafı və onun məşhurluğu Markı universiteti tərk etməyə sövq etdi. Bu gənc layihəyə ilk olaraq Piter Til investisiya qoydu, daha sonra ödəmə sistemi olan PayPal–la əməkdaşlıq etməyə başladı. Bütün bunlara o, 500 min dollar vəsait qoydu. Bununla durmadan irəliləmə də əldə edildi. 2010-cu ilin oktyabırında Microsoft Facebook–un 1,6% səhmini 240 milyon dollara aldı. Bu qiymətə həm də 2011–ci ilə kimi Facebookda edilən reklam xidmətləri də daxildir.
Bu gün Facebook–un dəyəri bir neçə faktlara görə 15 milyard dollar həcmindədir. Mark Stukerberq 27% səhmə sahibdir və 4 milyard dolların rəhbərliyi ona aid edilir. Keçən il AvtaVAZ–ın Renault – la etdiyi müqavilə ilə müqayisədə burdan əldə edilən gəlir 4,5 milyard dollardır ki, bu da bir az artıq edir.
Forbes jurnalı bir çox tənqidçilərin və Facebook investorlarından fərqli olaraq 1,5 milyard dollarlıq mülklə dünya siyahısında 785 – ci yeri tuturudu. Lakin bütün bunlara baxmayaraq, Mark yenə də dünyanın ən gənc milyarderi hesab olunur.

Facebook Azərbaycan dilində

Facebook-un Azərbaycan dilinə tərcüməsi 2008-ci ilin yay aylarından başlanılıb. İlk vaxtlarda həvəskarların aktiv olduğu tərcümə prosesinə sonradan xaricdə yaşayan və təhsil alan gənclər də qoşuldular. 3 mərhələdən ibarət olan tərcümə prosesinin ilk mərhələsində yalnız lüğət tərcümə olundu və səsvermə nəticəsində lüğət qəbul olundu. İkinci mərhələdə Facebook-un özü tərcümə olundu. Bu mərhələ hələ də başa çatmasa belə, artıq 2 oktyabr 2009-cu il tarixindən etibarən sayt rəsmi olaraq Azərbaycan dilində də fəaliyyət göstərir. İstifadəçilər Hesab Tənzimləmələrindən Dil bölməsində müvafiq olaraq Azərbaycan dilini seçməklə Facebook-u bu dildə istifadə edə bilərlər.
"Facebook" "Translations Apps" tətbiqetməsi çərçivəsində istifadəçilər xidməti səhifələrin mətnlərini və saytın menyusunu tərcümə edir, administrasiya isə tərcümənin nəticələrini yoxlayır və üslubun dəyişilməz qalmasına nəzarət edir. İnterfeysin ayrı-ayrı elementlərinin ən yaxşı variantları səsvermə yolu ilə müəyyən olunur.
Hal-hazırda tərcümənin çox pərakəndə şəkildə aparılması, tərcümədə hər kəsin asanlıqla iştirak edə bilməsi (ingilis və Azərbaycan dili səviyyəsindən eləcə də tərcümə təcrübəsindən və "xoşniyyətli" olub-olmamasından asılı olmayaraq) və mərkəzi bir idarə sistemi olmaması bəzi məqamlarda tərcümənin keyfiyyətini düşürür.




Paylaş:Facebook Twitter Google+
Bu yazını paylaş :

0 коммент. :

Şərhinizi bildirin

Fikirləriniz bizim üçün maraqlıdır... !

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

~~ e-resurs.edu.az ~~

~~ Fotofilm ~~

~~ Təsadüf yazılar ~~

~~ Çox oxunanlar ~~

 
Support : Veb 2.0 | Gulnar Gunduz |

Copyright © 2014. web 2.0 - All Rights Reserved