Mark Elliot Zukerberq (14 may 1984) — ictimai paylaşma saytı, sosial şəbəkə olan Facebook-un qurucusu Amerikalı sahibkar.
Zukerberq 2004-cü ildə Harvard Universitetindən olan yoldaşları Dastin Moskovits, Eduardo Sovarın və Kris Hyuces ilə birlikdə ictimai paylaşma saytı Facebooku quraraq dünyanın ən gənc milyarderi olmasıyla tanınır.
Mark Zukerberq 14 may 1984-cü ildə Nyu-York şəhərində doğulmuşdur. Atası Edvard diş həkimi, anası Karen psixiatr olmuşdur.Yəhudiolaraq böyüdülməsinə baxmayaraq ateist olduğunu demişdir.
Maraqlı faktlar
- O, 2009-cu ildən qalstuk taxdığını deyir.
- O, həmişə futbolka geyinir. Çünki çox rahatdır, praktikdir, tez geyinmək və səhərlər vaxta qənaət etmək olur.
- Mark vegeteriandır. Amma bir müsahibəsində deyib ki, ancaq özünün kəsdiyi heyvanların ətini yeyəcək.
- Onun “Beast” ləqəbli itinin Facebook səhifəsinin 1,9 milyon izləyicisi var.
- Markı tənqid edirdilər ki, 19 milyard dolları olmağına baxmayaraq toyda öz həyat yoldaşına cəmi 25 min dollarlıq üzük taxıb.
- 2010-cu ildə Markı “Time” jurnalı ilin adamı seçib.
- “Simpsonlar” multserialında Mark Zukerberq özünü səsləndirib.
- Zukerberq daltonikdir. O yaşıl və qırmızı rəngləri seçə bilmir. Amma göy rəngi çox yaxşı görür. Ona görə də Facebookda göy rəng üstünlük təşkil edir. “Göy rəngi mənim üçün ən zəngin rəngdir. Mən göyün bütün çalarlarını görə bilirəm”- o deyir.
Paylaş:Facebook Twitter Google+
0 коммент. :
Şərhinizi bildirin
Fikirləriniz bizim üçün maraqlıdır... !