Təhsil sisteminin informasilayaşdırılması - web 2.0
Yazı lenti :

Bütün fənlərə aid web 2.0 alətlərini bu blogdan əldə edə bilərsiniz...
Ana səhifə » » Təhsil sisteminin informasilayaşdırılması

Təhsil sisteminin informasilayaşdırılması

Müəllif Gulnar tarix 10.10.2014 | 11:41

Like
Azərbaycan Respublikası Prezidentinin 10 iyun 2008-ci il tarixli, 2856 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”na əsasən təhsil sisteminin informasiyalaşdırılması sahəsində 2009-cu il ərzində aşağıdakı fəaliyyət istiqamətləri üzrə işlər görülmüşdür.
I. Təhsil sistemində İKT infrastrukturunun inkişaf etdirilməsi.
1. Təhsil müəssisələrinin informasiya-kommunikasiya üzrə maddi-texniki bazasının təkmilləşdirilməsi, kompüter avadanlığı və digər zəruri rəqəmsal avadanlıqla təminat işinin yaxşılaşdırılması:
- Bakı, Sumqayıt və Abşeron rayonu üzrə 170 təhsil müəssisəsi, digər şəhər və rayonlar üzrə 120 təhsil müəssisəsi şəbəkə avadanlıqları və internetə çıxış ilə təmin edilmişdir;
- Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün təhsil müəssisələri müvafiq avadanlıqlarla təmin olunmuşdur (Bakı şəhərində 1, 2, 3 və 11 saylı internat məktəb, 11 saylı xüsusi internat məktəb, 13 saylı sanatoriya tipli vərəm xəstəlikləri üçün internat məktəb, Sumqayıt şəhərində isə sağlamlıq imkanları məhdud olan xüsusi tipli İnternat məktəb);
- Təhsil Nazirliyinin tabeçiliyində olan Sumqayıt, Şəki və Lənkəran şəhərlərinin təhsil şöbələri şəbəkə avadanlıqları ilə təmin edilmişdir;
- Bakı şəhərinin ümumtəhsil və pilot məktəbləri kimi seçilmiş 20 ümumtəhsil məktəblərindən 226 dəst kompüter avadanlığı götürülərək Mingəçevir şəhərinə aparılmış və zavodda kompüterlərin texniki diaqnostikasını aparmaqla 21 ədəd kompüterlərin əməli yaddaşlarını 2Gb, 205 ədəd kompüterin əməli yaddaşı isə 1Gb-a çatdırılmışdır.
- yenidən sazlanmış “Kür” markalı kompüterlər Təhsil Nazirliyinin təqdim etdiyi qrafikə uyğun rayon Təhsil şöbələrinə (Mingəçevir, Şəki, Masallı, Qazax, Sabirabad və s.) çatdırılmış, 21 sinifdə şəbəkə çəkilişi təmin edilmiş və yenidən sazlanmış kompüterlər həmin siniflərdə quraşdırılmışdır;
- Göy-göl rayon təhsil şöbəsinin sifarişinə əsasən 15 dəst kompüter hazırlanmış və bir sinifdə şəbəkə çəkilməsi həyata keçirilmişdir;
- Respublika üzrə ümumtəhsil məktəblərinə 300 yeni NEXSUS markalı personal kompüterləri və 200 LCD proyektor kimi İKT avadanlığı paylanmışdır;
- Bakı və Sumqayıt şəhərlərində “Elektron məktəb” pilot layihəsi çərçivəsində seçilmiş 20 ümumtəhsil məktəbləri 336 netbuk (Dövlət Proqramı çərçivəsində 236 ədəd, “İntel” Korporasiyası tərəfindən 100 ədəd netbuk Avropa liseyi, Elitar gimnaziya, 23 və 6 saylı orta məktəblər) kimi İKT avadanlığı ilə təchiz olunmuş, fiberoptik kabel vasitəsilə Azərbaycan təhsil şəbəkəsinə qoşulmuş və bununla da yüksək sürətli İnternetə və Təhsil nazirliyinin Məlumat və Resurs Mərkəzinə çıxış təmin olunmuşdur. Məktəblərdə həmçinin direktor, müəllim və sinif otaqları vahid lokal şəbəkəyə qoşulmuş və CİSCO şəbəkə avadanlığı quraşdırılmışdır. Bununla əlaqədar “Bir Müəllim Bir Kompüter – Bir Şagird Bir Kompüter” layihəsi həyata keçirilmişdir.
2. Təhsil müəssisələrində İKT avadanlığına texniki nəzarət və dəstək sisteminin təkmilləşdirilməsi, bu məqsədlə müəssisələrarası əlaqə və əməkdaşlığın inkişaf etdirilməsi:
- Şəhərlərdə və bölgələrdə təhsil müəssisələrinə texniki xidmət mərkəzlərinin     seçilməsi və sertifikatlaşdırılması ilə əlaqədar tədbirlərin keçirilməsi (Korporativ şəbəkəyə qoşulması ilə bağlı texniki dəstək xidmətlərinin əhatə dairəsi: Gəncə, Şəmkir, Yevlax, Mingəçevir, Şəki, Goranboy və digər ətraf şəhərləri əhatə edir);
- 146 nömrəli Qaynar Xətt xidmətinə edilən müraciətlərə əsasən təhsil müəssisələrinə müvafiq texniki xidmətlərin göstərilməsi (Bakı, Gəncə şəhərləri və Abşeron rayonu üzrə 2009-cu il ərzində Qaynar Xətt xidmətinə 600-dən çox zəng qəbul edilmişdir və müvafiq texniki xidmətlər göstərilmişdir);
- 28 rayon Təhsil şöbələrinin 353 ədəd məktəbinin balansında olan 4502 ədəd “KÜR” kompüterlərinə texniki xidməti göstərilmiş və 1804 dəst digər təşkilatlar tərəfindən verilmiş kompüter avadanlıqlarına texniki baxışlar keçirilmişdir;
- Məlumat və Resurs Mərkəzində bütün server, şəbəkə avadanlığı, infrastrukturun, köməkçi sistemlərin fasiləsiz işləməsinin təmin edilməsi, yedək parçaların daim saxlanması üçün 24 saat 7 gün ərzində texniki dəstək təmin olunmuşdur;
- 20 pilot məktəblərdə texniki qurğuların fasiləsiz işləməsini təmin etmək məqsədilə 6 ay müddətində texniki dəstək təmin olunmuşdur.
3. Təhsil müəssisələrinin korporativ şəbəkə infrastrukturunun, habelə şəbəkə infrastrukturunun idarəetmə və nəzarət sisteminin yaradılması:
- Bakı, Sumqayıt və Abşeron rayonu üzrə 190, digər regionlar üzrə isə 130 təhsil müəssisələrinin korporativ şəbəkəsinin yaradılmasına dair texniki hazırlıq (magistral xətt, son mil, kabelləşdirmə, şəbəkə avadanlığı, modem) səviyyəsi araşdırılmışdır;
- Bakı, Sumqayıt və Abşeron rayonunun təhsil müəssisələrini əhatə edən korporativ şəbəkə yaradılmış, habelə şəbəkənin əhatə dairəsi genişləndirilmiş və bu regionlar üzrə yeni 180 təhsil müəssisəsi şəbəkəyə qoşulmuşdur;
- Digər şəhər, kənd və uzaq bölgələrdə yerləşən təhsil müəssisələrini əhatə edən korporativ şəbəkə yaradılmış, şəbəkənin əhatə dairəsi genişləndirilmiş və yeni 12 şəhərdə cəmi 120 təhsil müəssisəsi şəbəkəyə qoşulmuşdur.
4. İntranet xidmətlərinin işlənilməsi və İnternet şəbəkəsinə çıxışının təmin olunması:
Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda yerləşən 180 təhsil müəssisələri İnternet və İntranet şəbəkələrinə çıxış ilə təmin edilmiş;
Digər şəhər, kənd və uzaq bölgələrdə yerləşən 120 təhsil müəssisələri mərhələlərlə İnternet və İntranet şəbəkələrinə çıxış ilə təmin edilmişdir.
Nəticədə 2008-ci ildən təhsil şəbəkəsinə qoşulmuş 300 təhsil müəssisəsinə davamlı olaraq İnternet və İntranet xidmətləri göstərilmiş, eyni zamanda 2009-cu il ərzində əlavə 200 təhsil müəssisəsi təhsil şəbəkəsinə qoşulmuş və nəticə olaraq 500 təhsil müəssisəsi İnternet və İntranet xidməti ilə təmin olunmuşdur.
II. Elektron təhsil texnologiyalarının tətbiqinin genişləndirilməsi. 
1. Milli Təhsil Portalına əlavə funksiyaların əlavəsi və dəstəklənməsi:
- qanunvericilik, müxtəlif müsabiqələr, texniki peşə məktəblər bölməsi, yeni elektron resurslar, tez-tez verilən suallar bölməsi, Abituriyent bölməsi və elanlar bölməsi əlavə olunmuşdur;
- məlumatların daim yenilənməsi, məktəblərə yardım, texniki treninqlərin keçirilməsi, istənilən problemin uzaqdan həlli və yeni versiyalar üzərində iş aparılmışdır;
- Database Microsoft Telcommunication GSM Modul: Təhsil Portalı və Resurs Mərkəzinin məlumatlarını SMS vasitəsilə göndərən proqram modulu hazırlanmışdır;
- Azərbaycanda fəaliyyət göstərən bütün məktəblər üçün Portal daxilində veb-səhifələrin yaradılması.
2. Elektron məktəb idarəetmə sisteminin istifadəsi sahəsində Respublikanın ən qabaqcıl 20 məktəbində (6, 7, 8, 20, 23, 60, 134, 160, 245 saylı orta məktəblər, 220 saylı məktəb-liseyi, Sumqayıt şəhər 31 saylı orta məktəb, Avropa liseyi, Heydər Əliyev adına liseyi, akademik Zərifə Əliyeva adına orta ümumtəhsil məktəbi, “Ankara Məktəbi” məktəb-liseyi, Elitar Gimnaziya, Zəngi liseyi, Fizika-riyaziyyat və informatika təmayüllü lisey, “Tərəqqi” texniki-humanitar liseyi, Təbiət Elmləri Təmayüllü gimnaziya,) pilot layihələr həyata keçirilmişdir.
            Hər bir elektron məktəb üçün fərdi şəkildə proqramlar hazırlanmışdır, proqram işi üçün lazım olan məlumat məktəblərdən toplanmışdır, bu məlumatlar proqramlara yüklənmiş və 6 pilot məktəbin elektron jurnalın doldurulmasına tam keçmişdir.
III. Təhsil sistemində idarəetmənin informasiyalaşdırılması.
1. NED, Milli Təhsil Resurs və Məlumat Bazasının idarəetmə proqramının tam funksionallığını təmin edən idarəetmə və müqayisə etmə modulları hazırlanmışdır:
- Monitorinq İnterface modulu – məktəblərdən toplanan informasiyaların düzgünlüyünün monitorinqi;
- Reports Engine modulu- toplanan informasiyalardan istifadə etməklə müxtəlif hesabatları hazırlayan modul;
- Data/Dictionaries Replication modulu- toplanan bütün informasiyanın vahid məlumat bazasına çevrilərək unifikasiya olunması;
- Milli Təhsil Məlumat Bazası Proqramları – müqayisə, təhlil əsasında müxtəlif versiyalı qrafiklər;
- Milli Təhsil Bazasının statistik veb portalı – statik veb səhifə vasitəsilə daim əks əlaqənin təşkili;
- Kəlbəcər rayonu 102 saylı məktəb haqqında ətraflı məlumat (məktəbin infrastrukturu, dərs vəsaitləri, müəllim-şagird sıxlığı, avadanlıqlar və s.) ictimaiyyətə açıq olması üçün Milli Təhsil Məlumat Bazasının "Məktəb xəritəsi" saytında yerləşdirilməsi və məktəbdə elektron kitabxana yaradılması.
2. Microsoft Business İntelligence and Analysis, Milli Təhsil Resurs və Məlumat Bazasının idarəetmə və hesabat vermə platforması yaradılmışdır:
- İnteqrasiya sistemi-digər bütün proqramlar ilə inteqrasiyanın yaradılması;
- Hesabatlar sistemi – süni intellekt metodundan istifadə edərək hesabatların  yaradılması;
- Analizlər sistemi – toplanan məlumat əsasında çox versiyalı təhlillərin aparılmasını təmin edən xüsusi modul;
- ASM, Elektron Məktəb İdarəetmə Proqramı, hər məktəb üçün – Elektron Jurnal, Elektron cədvəl, müəllimlər üçün resurs idarə etmə platforması, məktəb bazası;
- AEL, Elektron Dərslər İdarəetmə proqramı, hər məktəb üçün – Elektron dərslər,
- onların yaradılması, idarə edilməsi, virtual sinif;
- Məktəblərdə Personal Komputerlərin Data və Resurs Mərkəzi ilə əlaqəsini təmin edən Domain sisteminə qoşulma və köməkçi proqramların yüklənməsi həyata keçirilmişdir;
- Artıq 6, 8, 20, 23 saylı orta məktəblər, Avropa liseyi və akademik Zərifə Əliyeva adına orta ümumtəhsil məktəbi elektron jurnalın istifadəsinə tam keçmişdir.
3. Təhsil portalı vasitəsilə valideynlər üçün övladlarının davamiyyətini və təhsildə olan müvəffəqiyyətini yoxlamaq imkanının yaradılması və müəllimlərin işə qəbulu üzrə 2 (iki) müsabiqənin keçirilməsi (müəllimlər saytda avtomatik şəkildə nazirliyə göndərilən ərizə formasını doldururdu):
- Azərbaycanda fəaliyyət göstərən bütün məktəblər üçün Portal daxilində veb səhifələrin yaradılması;
- Portalda müəllimlər və şagirdlər üçün forum bölməsinin yaradılması;
- Müəllimlər və şagirdlər üçün şəxsi səhifələrin yaradılması imkanı;
- Təhsil xəbərləri və tədbirləri haqqında xəbərlər yerləşdirmə imkanı.
4. Təhsilin idarə olunması funksiyalarını yerinə yetirən dövlət orqanlarının İKT avadanlığı və müvafiq proqram vasitələri ilə təmin olunması:
- Sumqayıt, Şəki və Lənkəran şəhərlərinin Təhsil Şöbələri İKT avadanlığı və    müvafiq proqram vasitələri ilə təmin olunmuşdur.
IV. Kadr potensialının gücləndirilməsi.
1. Təhsil sisteminin inzibati-idarəetmə heyətinin İKT üzrə savadlılığının artırılmasına yönəldilmiş kompleks tədbirlərin həyata keçirilməsi üzrə treninqlər (4000 nəfər):
Yaradılmış mərkəzlərdə təhsil sisteminin inzibati-idarəetmə heyətinə tədris olunmuşdur:
- Kompyuter və digər avadanlıqların (Proyektor, Printer, Skaner) istifadə qaydaları;
- MS Word, MS Excel, MS PowerPoint və Adobe Photoshop proqram təminatı haqqında məlumat, işləmə qaydaları;
- Relief International-Schools Online (Rİ-SOL) “Müəllimlərin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi” və İntel “Gələcək üçün Təhsil” təlim vəsaitləri haqqında təhsil sisteminin inzibati-idarəetmə heyətinin məlumatlandırılması;
- Elektron resurslar (“Madad” HTİB) ” təlim vəsaitləri haqqında təhsil sisteminin inzibati-idarəetmə heyətinin məlumatlandırılması;
- İnternet və Web 2.0 texnologiyaları haqqında təhsil sisteminin inzibati-idarəetmə heyətinin maarifləndirilməsi;
- Elektron idarə etmə alətləri:
- Qiymət kitabçasının istifadəsi;
- Elektron dərsliklərin hazırlanması və tədris olunma qaydaları.
2. Təhsil sisteminin pedaqoji heyətinin İKT üzrə savadlılığının artırılmasına yönəldilmiş kompleks tədbirlərin həyata keçirilməsi üzrə treninqlər (17180 nəfər):
Təhsil sisteminin pedaqoji heyətinə tədris prosesində informasiya və kommunikasiya texnologiyalarından (İKT) effektiv istifadə edilməsi üçün mövcud 3 kurrikulum - Rİ-SOL “Müəllimlərin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi”, İntel “Gələcək üçün Təhsil” təlim və “Elektron təhsil resurslarının yaradılması” vəsaitləri əsasında treninqlərin həyata keçirir. Bununla müəllimlər şəxsiyyət yönümlü, interaktiv və inteqrativ təlim metodları haqqında biliklər qazanır və texnologiyaları sinifdə gedən tədris prosesinə necə tətbiq etməyi öyrənir.
Intel “Gələcək üçün Təhsil” proqramı ümumtəhsil və ali pedaqoji müəssisələrin müəllimlərinin tədris prosesində İKT-dən səmərəli istifadə etmələri üçün treninq vəsaitidir. Treninqin proqramı 12 auditoriya məşğələsi modulundan ibarətdir. Hər modulda müəllimlər öz tədris layihələri üzərində işləyirlər.
“Gələcək üçün Təhsil” təlim proqramının nəticəsində müəllimlər tərəfindən aşağıdakı sənədləri özündə əks etdirən Portfolio yaradılacaq:
- Dövlət təhsil standartlarına və tədris proqramlarına uyğun olan layihə planı;
- Şagird multimedia təqdimatı, nəşr və veb-sayt;
- Qiymətləndirmə formaları və meyarları;
- Şagirdlər üçün didaktik materiallar;
- Müəllimlər üçün metodik materiallar;
- Layihə reallaşdırma planı və s.
3. Təhsil sisteminin texniki heyətinin İKT üzrə savadlılığının artırılmasına yönəldilmiş kompleks tədbirlərin həyata keçirilməsi:
- 2010-cu ilin fevral ayının sonuna qədər 600 nəfər İKT üzrə laborant – 6 gün 30 saat “Kompüter avadanlığının profilaktikası və Şəbəkələrin Əsasları” üzrə kurslar təşkil olunmuş;
- 2010-cu ilin fevral ayının sonuna qədər 5 nəfər CCNA 1-4, 280 saatlıq və əlavə 5 nəfər “İT-nin Əsasları” 70 saatlıq təlim kurslarından keçmişdirlər.
 4. Pedaqoji kadrların hazırlanması və ixtisasartırma təhsil müəssisələrinin kurikulumlarında İKT-nin tətbiqinin əks etdirilməsi məqsədilə tədbirlərin həyata keçirilməsi üzrə treninqlərin (1000 nəfər):
Bakıda və regionlarda Pedaqoji və ixtisasartırma təhsil müəssisələrinin kadrları üçün İKT-nin tədrisə tətbiqinin əks etdirilməsinə yönəlmiş Rİ-SOL “Müəllimlərin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi” və İntel “Gələcək üçün Təhsil” təlim vəsaitləri əsasında pilot təlimləri həyata keçirilmişdir. 
 5. Metodiki Mərkəzlərin baş təlimçiləri üçün master-klass kurslarının təşkili və həyata keçirilməsi üzrə treninqlər (48 nəfər):
 İntel “Gələcək üçün Təhsil” və “Elektron təhsil resurslarının yaradılması” vəsaitləri əsasında təlim keçən baş təlimçilərə aşağıdakı mövzularda təlimlərin keçirilməsi:
- təlimçi bacarıqları;
- təlimin idarə olunması;
- təlimlərin qiymətləndirmə və monitorinqi;
- ritorika;
- İKT-nin təhsilə tətbiqi ilə bağlı Blumun taksonomiyası, Konstruktivizm nəzəriyyələri;
- İKT sahəsində nailiyyət əldə etmiş beynəlxalq təşkilatların təcrübələrinin tətbiqi.
6. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən seçilmiş pilot məktəblərin (20 pilot məktəb) pedaqoji heyətinin təhsil portalından istifadə üzrə savadlılığının artırılmasına yönəldilmiş treninqlər(580 nəfər):
Seçilmiş pilot məktəblərin pedaqoji heyətinə tədris prosesində təhsil portalından istifadə üçün aşağıdakı mövzularda təlimlər keçirilmişdir:
1. ASM Məktəb İdarəetmə proqramı;
- qiymətlərin əlavə olunması;
- qaiblərin əlavə olunması;
- şagirdin bilik qiyməti cədvəli.
2. AeL İnteraktiv Dərslərin İdarəetmə proqramı:
- Virtual sinif otağı
- Dərsin aparılması/ təqdim olunması
3. Təhsil Portalı(www.edu.az)
- Portalda qeydiyyat
- Elektron resurslara baxış
- Şəxsi səhifənin yaradılması
7.  Pilot məktlərdə İKT-nin təhsilə tətbiqi sahəsində layihələrin həyata keçirilməsi məqsədi ilə məktəblərin kompüter biliyinə görə seçilmiş və İKT-nin təhsildə tətbiqi sahəsində müxtəlif kurrikulumar üzrə gələcəkdə təlimçi kimi fəaliyyət göstərə biləcək pedaqoji heyət üçün “Təlimçilər üçün təlim” vəsaiti əsasında treninqlər(20 nəfər).
V. Normativ hüquqi bazanın təkmilləşdirilməsi.
1. Dövlət Proqramının fəaliyyət planına əsasən təhsilin informasiyalaşdırılmasının hüquqi normativ bazasının yaradılması və sənədlərin layihələrinin hazırlanması:
- Məktəb rəhbərliyinin, fənn müəllimlərinin İKT sahəsində bilik və bacarıqlarının (kompetensiyasının) siyahısının hazırlanması;
- Məktəb rəhbərliyinin, fənn müəllimlərinin İKT sahəsində ixtisas artırılması üzrə Proqramın (Tədris-tematik planın) hazırlanması;
- İKT sahəsində bilik və bacarıqların Qiymətləndirmə meyarlarının hazırlanması;
- Fənn müəllimlərinin İKT sahəsində bilik və bacarıqlarının Qiymətləndirmə meyarlarının hazırlanması;
- Təhsil müəssisələrində kompüter avadanlıqlarının servis xidmətinin təşkili haqqında REQLAMENT və xidmətin təşkili qaydaları;
- Servis xidməti ilə bağlı Müqavilə Formalarının hazırlanması;
- Təhsil müəssisələrində İnternetdən səmərəli və effektiv istifadə üzrə trafiklə bağlı Kvotanın müəyyən edilməsi qaydasının hazırlanması (ölkə və təhsil müəssisələri üzrə) ;
- Elektron məktəb pilot Layihəsinin təsdiq edilməsi haqqında hüquqi sənəd Layihəsinin hazırlanması;
- Elektron məktəb İdarəetmə sistemlərindən istifadə üzrə Metodiki tövsiyələrin hazırlanması;
- İnternet texnologiyalarından istifadə etməklə təhsil fəaliyyətinin yeni formalarının qurulması” mövzusunda MÜSABİQƏ- nin keçirilməsi və təşkili üçün zəruri sənədlərin Layihəsi ( Əmr, Qaydalar, Müsabiqə materiallarına verilən tələblər və s);
- Elektron tədris vəsaitləri müasir təhsil müəssisəsində mövzusunda MÜSABİQƏ-nin keçirilməsi və təşkili üçün zəruri sənədlər (Əmr, Qaydalar, Müsabiqə materiallarına verilən tələblər və s);
- LOGO və Pascal mühitlərinin Azərbaycan versiyasının yaradılması və bu sahə üzrə informatika müəllimləri üçün təlimlərin və seminarların keçirilməsi.


(c) edu.gov.az 




Paylaş:Facebook Twitter Google+
Bu yazını paylaş :

0 коммент. :

Şərhinizi bildirin

Fikirləriniz bizim üçün maraqlıdır... !

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

~~ e-resurs.edu.az ~~

~~ Fotofilm ~~

~~ Təsadüf yazılar ~~

~~ Çox oxunanlar ~~

 
Support : Veb 2.0 | Gulnar Gunduz |

Copyright © 2014. web 2.0 - All Rights Reserved