Uğur bizimlə olacaq - web 2.0
Yazı lenti :

Bütün fənlərə aid web 2.0 alətlərini bu blogdan əldə edə bilərsiniz...
Ana səhifə » » Uğur bizimlə olacaq

Uğur bizimlə olacaq

Müəllif Gulnar tarix 10.10.2014 | 12:42

Like
Oxudum- unutdum, gördüm- xatırladım, etdim- öyrəndim. 
(Konfutsi)
İnformasiya cəmiy-yətində İKT-nin verdiyi imkanlar əsasında təhsilin planlaşma və reallaşma dairəsi dəyişir. İKT-nin sürətli inkişafı təhsilin qloballaşmasına real imkanlar yaradır. Hazırda respublikamızda bütün sahələrdə mütəxəssislərin informasiya və kommunikasiya texnologi-yaları (İKT) ilə işləmək və onlardan düzgün istifadə etmək bacarığına çox böyük önəm verilir. Dünya təcrübəsi göstərir ki, İKT-dən istifadə etməklə qurulan müasir təhsil modeli məktəbin pedaqoji heyəti qarşısında da yeni tələblər və vəzifələr qoyur. Müəllimlərin tək öz seçdikləri fundamental biliklər, pedaqogika və psixologiya sahəsində deyil, həm də informasiya sahəsində yenidən təlim alması olduqca aktuallaşır. Artıq yeni nəslin müəllimlərindən konkret öyrətdikləri fənnin struktur məzmununa və məqsədinə uyğun, uşaqların individual xüsusiyyətlərini nəzərə alan texnologiyaları seçib tədrisdə tətbiq etmək tələb olunur.

Tədrisdə yeni texnologiyalardan müvəffəqiyyətlə istifadə edən bir müəllim kimi İKT vasitələri öz geniş imkanları ilə təhsil prosesini xeyli sadələşdirir, onu dinamik və çevik edir. “Müəllim – şagird” tədris modelinə kompyuterin də əlavə edilməsi tədris prosesini individual proqram üzrə təşkil etməyə, uşağın dərsə marağını və istəyini stimullaşdırmağa imkan verir. Kompyuterlə aparılan dərslər uşaqlar üçün çox cəlbedici və yaddaqalan olur. Multimedia vasitələri, kompyuter tədris proqramları, rəngarəng Web 2.0 texnoloji alətlərindən istifadə uşaqların idrak aktivliyinə müsbət təsir göstərir və yekun etibarilə şagirdlərin olimpiadalarda, müxtəlif intellektual yarışmalarda göstərdikləri nəticələrin keyfiyyəti xeyli artır.
İKT-nin (sosial servislər) imkanlarından tədrisdə istifadə edilən interaktiv rejimdə keçilən dərslərdə şagirdlərin mərkəzi fiqur olması təmin edilir. Müəllim, əsasən, şagirdin fərasətini və orijinal bacarığını qiymətləndirən, şagirdi aktivliyə, müstəqilliyə, təşəbbüskarlığa həvəsləndirən rolunda çıxış edir. Web 2.0 alətlərindən istifadə edən uşaqların hamısı müəllimin bütün tapşırıqlarını yerinə yetirməkdə həvəsli olurlar. Belə keçirilən dərslər bütün uşaqların, o cümlədən passiv, utancaq, müəyyən fiziki və ya psixoloji qüsuru olan şagirdlərin dərs prosesinə aktiv qoşulmasına şərait yaradır. Lakin onların hər birinin özünəməxsus cəhətləri də vardır ki, müəllimlər dərsə hazırlaşarkən metodları, mövzunu, uşaqların marağını, sinfin səviyyəsini də nəzərə almalıdırlar. Müasir dərsdə uşaqlarda yaradıcı təxəyyülün inkişafına və idraki müstəqilliyə xidmət göstərən problemli suallara, düşündürücü məsələlərə xüsusi yer verilməlidir. Belə dərs şagirdlərdə müəyyən bacarıq və vərdişləri formalaşdırır. Müasir dərs müəllimin dərsə ciddi hazırlaşmasını tələb edir.
Buna görə də müəllim yeni texnoloji servislələrdən necə və nə zaman istifadə edəcəyini qabaqcadan müəyyənləşdirməli, sinifdə deyəcəyi informasiyanın strukturunu qabaqcadan düşünməli, mövzuya dair yardımçı yeniliklərdən istifadə etməlidir. Müasir dərs uşaqların dünyagörüşünü inkişaf etdirməli, onların əqidəcə mətinləşməsinə şərait yaratmalı, dərsdə əyanilikdən və müxtəlif mənbələrdən alınmış əlavə məlumatlarla onların dərketmə qabiliyyətini artırmalıdır. Bunun əsasını differensiallaşdırma, humanistləşdirmə, inteqrasiya, fərdiləşdirmə və s. prinsiplər təşkil etməlidir.
Mən təlimçi təcrübəmdən bu qənaətə gəlmişəm ki, ilk növbədə, müəllimlərin inkişafına ən yaxşı təsir edən metodlardan biri də dialoqdur. Bu müəllimləri passiv təhsildən aktiv təhsilə yönəldir. Dialoq isə, məhz sosial servislər olan Web 2.0 alətlərində mümkündür.
Gəlin bir toxunuşla dünyani fəth edək!
Web 2.0 əslində texnoloji bir axındır. Mənim fikrimcə Web 1-də saytlar bir növ monoloq idi. Fikrimizi qeyd etməyə imkan yox idi. Web 2.0 isə bir növ dialoqdur. Bu vaxt hər bir istifadəçinin öz fikrini bildirmək imkani daha coxdur. Qısaca istifadəçi alətlərin inkişafında rol oynayır. Təbii ki, bu alətlərin texnoloji tərəfi də var. Adi bir şəkil canlı bir videoklipə çevrilir və dərslərimdə bu videolardan istifadə edərək daha maraqlı və məzmunlu nəticələr alırıq.
Alətlərdə yaratdıgımız hər bir resursu sosial şəbəkələrdə paylaşma imkanımız var. Beləcə, texnoloji yeniliklərin də Web 2.0-da böyük rolu olur.
Web 2.0 texnologiyaları deyildikdə buraya Web-dizayn, məlumatların yeni ötürülmə texnikası və insanların internet saytlarında cəmiyyət yaratmasını aid etmək olar. Keçirilən Web 2.0 təlimləri göstərir ki, yenilikləri həyata keçirərkən təcrübənin yayılmasına və mübadiləsinə böyük ehtiyac duyürlar. Müəllimlərin yeniliklərin həyata keçirilməsində təcrübələri artdıqca və bu işə daha çox müəllim cəlb olunduqca, yeni metodiki tövsiyyələrə ehtiyacları artır. Web 2.0 təlim üzrə müəllimlər üçün məlumatın və müasir texnoloji təcrübənin yayılması, tətbiqi problemlərin aradan qaldırılması üçün ən səmərəli və məqsədəuyğun yollarından biridir. Təqdim etdikləri bloqlar vasitəsilə qısa müddətdə gələcək üçün fəal (interaktiv) təlim üzrə resursların toplanması və təkmilləşdirilməsi mümkün olacaqdır. Mən əminəm ki, sosial servislər və Web 2 .0 alətlərinin hər bir müəllim tərəfindən istifadəsi uşaqların dərs zamanı idrak fəallığını və əməkdaşlıq həvəsini artıracaq. Müəllimlərin Web 2.0 texnologiyalarına yiyələnməsi təhsil ictimaiyyətinə milli-mənəvi baxımdan da böyük önəm kəsb edir. Biz demokratik şəraitdə yaşayırıq, bizim bir çox tarixi abidələrimiz var Düzdür, biz tariximizi bilirik, öyrənirik. Bəs onun qayğısına necə qalırıq? Necə təbliğ edirik? Bu baxımdan müəllimlər yaratdıqları təqdimatları, xəritələri, sənədləri internet istifadəçilərilə paylaşa bilirlər. Cavab olaraq paylaşdığımız insanlar öz rəylərini mətn vasitəsilə bildirirlər. Nəticədə bir qrup müəllim bu təqdimat, xəritə və ya sənəd ətrafında kiçik bir cəmiyyət yaradırlar. Web 2 texnologiyaları dinamik və interaktivdir, pulsuzdur. İş prinsipi, naviqasiya çox rahat və dinamikdir. Sadəcə qeydiyyatdan keçib arzu etdiyiniz resursu yarada bilərsiniz. Aşağıda bir sıra Web 2 alətləri ilə sizləri tanış edirik.
Multimedia
Slideshare – hazır təqdimatların, sənədlərin, videoların yerləşdirilməsi
Animoto – multimedia slayd-şou yaradılması
PhotoPeach – musiqili slayd-şou təqdimatların hazırlanması
Playcast – şəkil+musiqi+şeir vəhdətindən alınan açıqcaların hazırlanması
ProShow WEB – musiqili slayd şou hazırlanması
Fotofilmi – multimedia fotofilmlərin yaradılması
Kizoa – kollaj və slayd-şou hazırlanması
PhotatoBug – onlayn slayd-şou
TubeSnack – fləş-video pleylistlərin yaradılması
Tripadvisor – multimedia-slayd-şou yaradılması
Vocaroo – Onlayn səsyazma
Teachvideo.ru – Maarrifləndirici videolar
Puzzlecup – onlayn krossvord hazırlama
JigZone – pazl yaratmaq üçün onlayn proqram.
Mixbook – fotoalbom, gündəlik, təqvim, açıqcaların hazırlanması
DreamsBoard – virtual lövhə şəkil+stiker+mətn
Blogspot -onlayn bloq
Web 2 innovasiyadır, yenilikdir, məhsuldarlıqdir, inkişafin təkmilləşdirilməsidir, yeni layihələrdir, saglam rəqabətdir, yüksək professional yanaşmadır. Bu texnologiyaların tətbiqi nəticəsində müasir pedaqoji mühitə təhsil servisi, təhsil trayektoriyası kimi yeni anlayışlar daxil olur. Bu gün təhsilin müasir texnologiyalara olan tələbatı artır, təhsil modelləri, təhsil prosesi iştirakçılarının rolları tədricən dəyişir. İnternetin imkanlarından biri olan Web 2.0 texnologiyalarını təhsil məqsədləri üçün istifadə edilməsi, layihə metodundan istifadə etməklə bu imkanları təhsilə tətbiq edilməsi şagird və tələbələrin tənqidi və yaradıcı təfəkkürlü şəxsiyyətlər kimi yetişməsinə yardım edən vacib amillərdən biridir.
Yenilik, inam və məqsəd uğrunda təcrübə yolunda sosial servislər və Web 2.0 alətlərindən uzunmüddətli istifadə edərək, biz – müəllimlər, XXI əsr bacarıqlarını daha tez bir zamanda tətbiq etmis oluruq. Bu isə Blum nəzəriyyəsinin yuksək səviyyəsidir
Sitatın sonu:
Ətraflı çalışaq, doğru şəkildə, diqqətli düşünək, düşündüklərimizi nəzərdən keçirək, ciddi və səmimi şəkildə tətbiq edək. Onda ugur da bizimlə olacaq, liderlik də.
(c)Vəfa Vəliyeva
İnformatika müəllimi





Paylaş:Facebook Twitter Google+
Bu yazını paylaş :

0 коммент. :

Şərhinizi bildirin

Fikirləriniz bizim üçün maraqlıdır... !

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

~~ e-resurs.edu.az ~~

~~ Fotofilm ~~

~~ Təsadüf yazılar ~~

~~ Çox oxunanlar ~~

 
Support : Veb 2.0 | Gulnar Gunduz |

Copyright © 2014. web 2.0 - All Rights Reserved