Müasir dövrü sosial şəbəkələrsiz təsəvvür etmək çətindir. Hazırda 200-dən çox sosial şəbəkə mövcuddur. Bu gün əksər insanlar sosial şəbəkələri həyatlarının və bizneslərinin bir parçası halına gətiriblər. Bu da təbiidir, çünki insanlar sosial varlıqlardır və özlərini cəmiyyətdən ayrı təsəvvür edə bilmirlər.
İnformasiya texnologiyalarının inkişafı isə insanlar arasındakı sosiallaşmanı və yaxınlaşmanı daha da artırdı. Lakin mütəxəssislər sosial şəbəkələrin insan həyatındakı rolunu bir mənalı şəkildə qiymətləndirmirlər. Bəziləri bu fenomeni müsbət qiymətləndirdikləri halda, bəziləri də onun mənfi tərəflərini qabardırlar.
Gəlin kimin haqlı kimin haqsız olduğunu bir kənara qoyaq. Bu günkü məqaləmizdə biz dünyada ən populyar 40 sosial şəbəkə haqqında danışacağıq.
Facebook
Facebook istifadəçisi olmaq üçün www.facebook.com saytında qeydiyyatdan keçmək lazımdır. Pulsuz olan bu sosial şəbəkədə qeydiyyat üçün minimum yaş həddi 13-dür. Facebook istifadəçiləri aşağıdakı imkanlardan yararlanmaq hüququna malikdirlər:
- Profil, qrup və səhifələrin təşkil edilməsi;
- Status, şəkil, video və faylların paylaşılması;
- Facebook və digər kənar tətbiqlərin istifadəsi;
- Facebook səhifəsi, sayt və s. xidmətlərin (pullu) reklamı.
- Status, şəkil, video və faylların paylaşılması;
- Facebook və digər kənar tətbiqlərin istifadəsi;
- Facebook səhifəsi, sayt və s. xidmətlərin (pullu) reklamı.
MySpace
MySpace sosial şəbəkəsinin üzvü olmaq üçün www.myspace.com saytında qeydiyyatdan keçdikdən sonra ilk addım kimi profil düzəltmək tələb olunur. Bundan sonra isə Siz öz dostlarınızı bu şəbəkəyə qoşulmağa dəvət edə bilərsiniz. Və həmçinin bu şəbəkədə profili olan real dostlarınızı da burda dostluğa dəvət edə bilərsiniz. Beləliklə bu şəxslər Sizin şəbəkəni təşkil edən ilkin dostlar siyahısına daxil olmuş olacaqlar. Dostlarınızın dostları və digərləri isə Sizin genişlənmiş şəbəkənizin sakinləri olacaqlar. MySpace sosial şəbəkəsinə üzv olmaq üçün yaş həddi 14-dür.
Twitter
Twitter, çox sadə xidmət təklif edən və sürətlə böyüyən sosial şəbəkədir. Siz www.twitter.com saytında qeydiyyatdan keçirsiniz və və Twitter hesabına yiyələnirsiniz. Bu hesab vasitəsilə şəbəkənizə daxil olan şəxslərə topdan ismarışlar göndərə və qəbul edə bilərsiniz. Burada şəbəkəni genişləndirmək olar. Bunun üçün sosial şəbəkədə olan şəxsləri Sizə qoşulmağa dəvət etməli və həmçinin onlara qoşulmaq üçün Siz dəvət göndərməlisiniz. Bundan başqa ayrı-ayrı şəxslərin Tweet-lərini izləmək istəmədiyiniz zaman bunu dayandıra da bilərsiniz.
LinkedIn
LinkedIn, biznes platforması üçün nəzərdə tutulmuş sosial şəbəkədir. Bu sosial şəbəkə iş axtaranlar, satış potensialını artırmaq istəyənlər və biznes əlaqələrini genişləndirmək istəyənlər üçün əvəzsiz online bir vasitədir. Digər sosial şəbəkələrdən fərqli olaraq LinkedIn dostlar qazanmaq və paylaşımlar etmək funksiyalarına köklənməyib. LinkedIn sosial biznes şəbəkəsindən istifadə etmək www.linkedin.com saytında qeydiyyatdan keçmək və profil düzəltmək lazımdır. Daha sonra isə Siz özünüz haqda informasiyaları (təhsil və işlə bağlı) mütəmadi olaraq yerləşdirməli və yeniləməlisiniz. Bundan başqa həmçinin həmkarlar və səlahiyyətli şəxslərdən əldə etdiyiniz tövsiyyələri də burada yerləşdirə bilərsiniz.
Hazırda LinkedIn şəbəkəsinin 75 milyon qeydiyyatlı istifadəçisi vardır.
Bebo
Bebo, Birləşmiş Krallıqda ikinci ən populyar sosial şəbəkə hesab olunur. Pulsuz sosial şəbəkə profili açmağa imkan verən Bebo şəbəkəsi ABŞ, Avstraliya, Kanada, Polşa və Almaniya kimi ölkələrdə də geniş istifadəçi kütləsinə malikdir. Bebo şəbəkəsinə qoşulmaq üçün www.bebo.com saytında qeydiyyatdan keçmək lazımdır. Bundan sonra digər sosial şəbəkələrdə olduğu kimi, öz şəbəkənizi qurub paylaşımlar edə bilərsiniz.
Friendster
Friendster, kütləvi mədəniyyət yaradılması üçün nəzərdə tutulan ilk web-saytlardan biri olmuşdur. Bu sosial şəbəkə vasitəsilə internet üzərindən ailəniz, dostlarınız və iş yoldaşlarınızla əlaqə saxlaya bilər, habelə yeni dostluqlar qura bilərsiniz. Friendster istifadə edərək siz oxşar maraqlarınız olan və ya yaxın ərazidə yaşayan insanlar tapmaqla bərabər, müxtəlif oyunlar oynaya, cürbəcür qruplara və bloglara qoşula bilərsiniz. Bu sosial şəbəkə sizə özünüzlə bağlı informasiyanı internet icması ilə bölüşməyə də imkan verir.
Hi5
Hi5 digər sosial şəbəkələrə bənzəyir. Bu sosial şəbəkə yeni və maraqlı insanlarla tanış olmağı sevənlər üçün bir sıra imkanlar təqdim edir. ABŞ-da ən populyar saytlar arasında yer almasa da, 200 ölkədə 60 milyondan artıq üzvü vardır. Sosial şəbəkənin digərlərindən ən böyük fərqi çox saylı əyləncə imkanları – oyunların əlavə edilməsidir.
Habbo
Bu sosial şəbəkə vasitəsilə siz insanlarla ictimai otaqlarda (gecə klubları, restoranlar, mağazalar) görüşə bilər və seçdiyiniz dostlarınız üçün xüsusi otaqlar yarada bilərsiniz. Bu sosial şəbəkə istifadəçilərinin çoxu 13-18 yaşlı yeniyetmələr olduğu üçün Habbo işçiləri saytı onlar üçün təhlükəsiz hala gətirmişlər. İstifadəçilərin çoxu ABŞ-dan olsa da bu sayt Birləşmiş Krallıq, Yaponiya, İsveç, İspaniya, İtaliya, Finlandiya və digər ölkələrdə də məşhurdur.
NING
Ning bütün dünya üzərində təşkilatçıları, fəalları və sosial təcrübə yaratmaq üçün çalışan insanları birləşdirən aparıcı onlayn platformadır. Bu sosial şəbəkə sizə oxşar fikirli insanlar üçün təhlükəsiz bir yer yaratmağa imkan verir. Ning qrup anlayışına tamamilə yeni məna çaları gətirmişdir. Öz icmanı qura bilmə imkanı isə Ning-i sosial boşluğunu doldurmağa çalışan təşkilat və qruplar üçün böyük bir evə çevirir.
Classmates
Classmates.com bir çox xüsusiyyətləri yalnız premium üzvlər üçün olduğundan digər sosial şəbəkələrdən fərqlənir. Premium üzvlər üçün ödəniş isə razılaşmanın müddətindən asılı olaraq dəyişir. Classmates.com köhnə sinif yoldaşlarınızla yenidən əlaqə saxlamaq üçün istifadə olunur. Belə ki, saytdakı axtarış mexanizmi sizlə eyni məktəbdə oxuyan insanları tapmaqda sizə kömək edir. Qeyd etdiyimiz kimi, bu sosial şəbəkənin ən üstün xüsusiyyətləri ödənişli üzvlər üçün olsa da, profil yaratmaq çox asan və ödənişsizdir.
Tagged
Tagged Facebook və MySpace istifadəçilərinə tanış olan bir çox xüsusiyyətlərin birləşdirildiyi bir sosial şəbəkədir. Və o, qısa vaxt ərzində sizlə oxşar maraqlar olan insanlarla tanış olmanıza kömək etmək üçün nəzərdə tutulmuşdur. Siz birbaşa qeydiyyatdan keçməklə və ya hansısa dostunuz tərəfindən dəvət edilməklə istifadəyə başlaya bilərsiniz. Tagged sosial şəbəkəsi ödənişsiz olmaqla bərabər sizə dostlarınızın yeni yüklədiyi foto-albomlarını görməyə də imkan verir. “Şəbəkənizi mümkün olduğu qədər genişləndirmək” ideyası ilə Tagged sizi ortaq maraqlara sahib yeni insanlarla tanışlıq üçün həvəsləndirir.
MyYearbook
Birləşmiş ştatlarda ən çox istifadəçisi olan 25 sayt arasında yer alan myYearbook yeni insanlarla tanış olmaq üçün ən yaxşı yerdir. Bu sosial şəbəkədə Lunch Money adlı virtual valyuta sistemi mövcuddur ki, onun vasitəsilə üzvlər hədiyyələr qazana və ya bir-birlərinə göndərə bilərlər. Bu sistemdən xeyriyyə məqsədləri üçün də istiadə olunur. Belə ki, 2010-cu ildə Haiti Zəlzələ Qurbanları üçün Yardım Fondu myYearbook tərəfindən maliyyələşdirilmişdir.
Meetup
Meetup dünyanın müxtəlif yerlərindəki qrup görüşlərini asanlaşdıran sosial şəbəkələrdən biridir. Onun vasitəsilə siz asanlıqla lokal qruplar yarada bilər və hərgün özlərini inkişaf etdirmək məqsədilə birləşən 2000 qrupdan biri ola bilərsiniz.
MyLife
Əvvəllər Reunion.com ünvanı ilə tanınan MyLife sosial şəbəkə xidmətlərindən biridir. Onun vasitəsilə siz 60-dan çox sayt və informasiya mənbələrində axtarış edə bilərsiniz. Axtardığınızı dərhal tapmasanız belə, MyLife öz işinə davam edir və hansısa yenilik olduqda sizi xəbərdar edir. Eyni zamanda bu sosial şəbəkə profil məlumatlarınız və mövcud kontaktlarınız əsasında tanıya biləcəyiniz insanlarla əlaqə yaratmağı təklif edir. Kimsə sizi axtardığı təqdirdə MyLife sizə bildiriş göndərir. Bir cümlə ilə ifadə etsək, MyLife sizə Facebook, LinkedIn, MySpace və digər 50-dən çox saytın ümumi, qlobal təsvirini verir.
Flixster
Flixster kino həvəskarları üçün nəzərdə tutulmuş sosial şəbəkədir. Üzvlər öz profillərini yaratmaq, dostlar dəvət etməklə bərabər, kinoları və aktyorları qiymətləndirə, kinolar haqqında öz rəylərini yayımlaya bilərlər. İstifadəçilərin həmçinin filmlər haqqında məlumat əldə etmək, üzvlər tərəfindən yazılan icmal və qiymətləndirmələrə nəzər yetirmək, digər üzvlərlə əlaqə yaratmaq, xüsusi şəkillərə baxmaq, ən son kino xəbərlərini oxumaq və məşhur filmlərin videolarını izləmək kimi imkanlar da vardır. Flixster.com Facebook, MySpace, iPhone, Android və BlackBerry tətbiqetmələrində də fəaliyyət göstərir.
MyHeritage
MyHeritage ailəyönmlü sosial şəbəkə xidmətidir. Bu sosial şəbəkə vasitəsilə siz şəkil və videolarınızı paylaşa biləcəyiniz ailəvi saytlar yarada bilərsiniz. 35 dildə fəaliyyət göstərən saytda 15 milyon ailə və 91 milyon şəkil vardır.
Multiply
Multiply satıcı və alıcıların daha rahat əlaqə saxladığı, sürətli, canlı sosial alış-veriş məkanıdır. İstifadəçi şəbəkəsi birbaşa və onlar vasitəsilə yaradılan digər əlaqələrdən ibarətdir. Üzvlərə münasibətlərin xarakterinin təyin olunması tövsiyə edilir ki, bu vasitəylə müxtəlif məzmunlar münasibətlər əsasında paylaşılsın. Filippin, İndoneziya, Malayziya, Sinqapur, Tailand və Vyetnamdakı alış-veriş həvəskarları bu sosial şəbəkəni sevimli məkanları etmişdir.
Orkut
Orkut Sizə profil yaratmaq, dostlarınızla əlaqə saxlamaq, onlayn albomlar saxlamaq, öz maraqlarınızı tətbiqetmələr vasitəsilə digərlərilə bölüşmək kimi imkanlar verən ödənişsiz sosial şəbəkədir. Qeydiyyatdan keçmək üçün ən vacib şərt 18 yaşdan yuxarı olmaqdır. Son zamanlar Orkut Braziliyada populyarlaşmışdır. Hindistanda isə Orkut istifadəçilərinin sayı onun orjinal evi olan ABŞ-dakına bərabərdir.
Badoo
Badoo çoxdilli sosial şəbəkədir. Rusiya və Braziliya kimi inkişaf etməkdə olan bazarlarda populyarlıq qazanmaqdadır. Sayt istifadəçilərə profil yaratmaq, bir-birlərinə mesaj göndərmək, profillərini qiymətləndirmək kimi imkanları ödənişsiz olaraq təklif edir. Lakin profilləri bütün istifadəçilər üçün açıq və görünən edən bəzi xüsusiyyətlər ödənişlidir. Badoo şəbəkə təhlili əsasında üzvlərin yerlərini və coğrafi yaxınlıqlarını müəyyən edə bilir ki, bu da istifadiçələr görüşmək istədikləri insanların yaxınlıqda olub-olmadığını müəyyən etməyə imkan verir.
Gaia Onlina
Gaia Online çoxtərəfli onlayn oyunlardan ibarət olan sosial şəbəkədir. O, yeniyetmə və gənclər üçün aparıcı saytlardan biridir. İnsanları yaradıcılıq üçün ruhlandıran Gaia Onlina onlara oyun, əyləncə, incəsənət və digər ortaq maraqlar əsasında mənalı əlaqələr qurmağı təklif edir.
BlackPlanet
Fəaliyyətə başladığı zaman BlackPlanet Afrika-Amerika peşəkarlar şəbəkəsi qurmaq üçün nəzərdə tutulmuşdu. Bundan sonra isə o, Web 2.0 prinsipləri çərçivəsində fəaliyyət göstərən bir sayt kimi inkişaf etməyə başladı. İstifadəçilərə digər üzvlərin bloglarını oxumaq, musiqi videolarına baxmaq, söhbət etmək, yeni xəbərlər barədə məlumat almaq və s. kimi imkanlar verilir. Bu sosial şəbəkədə hansısa məhdudiyyət olmadığına baxmayaraq, Afrika-Amerika ölkələri arasında daha məşhurdur. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, bu sayt Obamaya 200.000-ə yaxın tərəfdaşı ilə əlaqə yaratmaqda kömək etmişdir.
SkyRock
SkyRock.com üzvlərə profil və blog qurmağa, digər istifadəçilərlə söhbət etməyə imkan verən ödənişsiz web saytlardan biridir. Bu sosial şəbəkə digərlərindən fərqli olaraq üzvlərə öz musiqi əsərlərini nümayiş etdirməyə imkan verən məkan təklif edir. SkyRock Fransada və İsveçrə, Belçika kimi fransız dilli bazarlarda daha çox populyardır. Avropa İttifaqı ölkələrində də məşhur olan bu saytın ingilis, alman, holland, ispan dilində versiyaları mövcuddur.
PerfSpot
PerfSpot yaşından və cinsindən asılı olmayaraq hərkəs üçün öz maraqlarını paylaşa biləcəyi bir web portal təklif edir. Bu sosial şəbəkə 37 dildə fəaliyyət göstərir və hərtərəfli moderator komandası əsasən Birləşmiş Krallıq və Fillipindəndir.
PerfSpot yaşından və cinsindən asılı olmayaraq hərkəs üçün öz maraqlarını paylaşa biləcəyi bir web portal təklif edir. Bu sosial şəbəkə 37 dildə fəaliyyət göstərir və hərtərəfli moderator komandası əsasən Birləşmiş Krallıq və Fillipindəndir.
Zorpia
Zorpia.com böyük bir beynəlxalq cəmiyyəti olan sosial şəbəkədir. Zorpia xüsusiyyətlərinə profil özəlləşdirmə, şəbəkə xüsusiyyətləri və inanılmaq ətraflı axtarış sistemi daxildir. Bu saytın Ashlee Simpson, Vanessa Hudgens, Alanis Morissette kimi məşhurlar barədə xüsusi musiqi bölməsi vardır. Siz pulsuz profil, əlavə profil dizayn xüsusiyyətləri və limitsiz mesajlaşma kimi əlavə şəbəkə variantları üçün Royal üzvlük əldə edə bilərsiniz.
Netlog
Zorpia.com böyük bir beynəlxalq cəmiyyəti olan sosial şəbəkədir. Zorpia xüsusiyyətlərinə profil özəlləşdirmə, şəbəkə xüsusiyyətləri və inanılmaq ətraflı axtarış sistemi daxildir. Bu saytın Ashlee Simpson, Vanessa Hudgens, Alanis Morissette kimi məşhurlar barədə xüsusi musiqi bölməsi vardır. Siz pulsuz profil, əlavə profil dizayn xüsusiyyətləri və limitsiz mesajlaşma kimi əlavə şəbəkə variantları üçün Royal üzvlük əldə edə bilərsiniz.
Netlog
Əvvəllər Facebox və ya Bingbox adı ilə tanınan Netlog Avropa gəncləri demoqrafiyasına yönəlmiş Belçika sosial şəbəkəsidir. İsitfadəçilər Netlog vasitəsilə öz blogları, şəkillər və videolarından ibarət dostlarıyla paylaşa biləcəkləri web səhifələr yarada bilərlər. Bu sosial şəbəkə Belçika, İtaliya, Avstriya, İsveçrə, Rumıniya və Türkiyə bazarlarında liderlər sırasındadır. Dünyanın müxtəlif yerlərində insanların şəbəkəyə qoşula bilməsi üçün Netlog 25-dən çox dildə fəaliyyət göstərir.
Tuenti
Tuenti özəl sosial şəbəkədir. Sosial şəbəkə izləyiciləri tərəfindən “İspan Facebooku” adlandırılan Tuenti İspanyada çox məşhurdur. Bu sayt sizə profil yaratmaq, şəkillər yükləmək, videolar paylaşmaq, dostlarınızla əlaqə qurmaq və söhbət etmək kimi imkanlar təklif edir. Tuenti istifadəçiləri saytı Katalan, Bask, Qalisiya, və İngilis dillərində də istifadə edə bilərlər. Bu sosial şəbəkə iPhone tətbiqetmələri arasında da yer almışdır.
Tuenti
Tuenti özəl sosial şəbəkədir. Sosial şəbəkə izləyiciləri tərəfindən “İspan Facebooku” adlandırılan Tuenti İspanyada çox məşhurdur. Bu sayt sizə profil yaratmaq, şəkillər yükləmək, videolar paylaşmaq, dostlarınızla əlaqə qurmaq və söhbət etmək kimi imkanlar təklif edir. Tuenti istifadəçiləri saytı Katalan, Bask, Qalisiya, və İngilis dillərində də istifadə edə bilərlər. Bu sosial şəbəkə iPhone tətbiqetmələri arasında da yer almışdır.
Nasza-Klasa.pl
Nasza-Klasa.pl Polşada ən məşhur və çox istifadə edilən saytlar arasında yer alır. O, ilk növbədə şagirdlər və məzunları bir araya gətirir. Sayt yalnız Polşa əhalisi arasında tanındığı üçün bir dildə fəaliyyət göstərir. Bu sosial şəbəkə Polşada sosial şəbəkə məkanında liderliyini və sağlam rəqabətə qadir olduğunu iddia edir. Yeniliklərə yer verilsə də hələlik köhnə səpkili forumlar üstünlük təşkil edir.
IRC-Galleria
Nasza-Klasa.pl Polşada ən məşhur və çox istifadə edilən saytlar arasında yer alır. O, ilk növbədə şagirdlər və məzunları bir araya gətirir. Sayt yalnız Polşa əhalisi arasında tanındığı üçün bir dildə fəaliyyət göstərir. Bu sosial şəbəkə Polşada sosial şəbəkə məkanında liderliyini və sağlam rəqabətə qadir olduğunu iddia edir. Yeniliklərə yer verilsə də hələlik köhnə səpkili forumlar üstünlük təşkil edir.
IRC-Galleria
IRC-Galleria son 10 ildir ki Finlandiyanın ən qabaqcıl sosial şəbəkəsidir. 550000 üzvü olan IRC-Galleria-da üzvlərin 90%-i aktiv istifadəçilərdir və onların da çoxunu 18-22 yaşlılar təşkil edir. Bu saytda hesab aça bilmək üçün yüklənən şəkillərdən ən az 1-i admin tərəfindən qəbul edilməlidir. Müntəzəm istifadəçilər günə 60 şəkil yükləyə bilərkən, VIP statusu alan üzvlər 10.000-ə qədər yükləyə bilər. Bu sayta daxil olmaqla istifadəçilər, 100-dən çox cəmiyyətə qoşulmaq, əlaqə saxlamaq imkanına yiyələnirlər.
StudiVZ
StudiVZ Almaniyada ən böyük sosial şəbəkədir və İsveçrə, Avstriya kimi almandilli ölkələrdə də məşhurdur. Bu sayt Avropa kollec və tələbələri üçün xüsusi bir kataloq kimi işləyir. StudiVZ sosial şəbəkəsi tələbələrə adı, yaşı, təhsil subyektləri, maraqları, qrup üzvlükləri və s. Kimi məlumatları saxlaya biləcəyi səhifə yaratmaq imkanı verir.
Xing
Əvvəllər openBC/Open Business Club kimi tanınan Xing profesional şəbəkə vasitəsidir və Almaniya, İspaniya, Portuqaliya, İtaliya və Fransa kimi ölkələrdə məşhurdur. LinkedIn-lə oxşarlıq təşkil edən bu sosial şəbəkə 200-dən çox ölkədən mütəxəssisləri olduğunu iddia edir. Üzvlərin saytı ödənişli yoxsa ödənişsiz istifadə etmə istəyindən asılı olaraq saytın Basic və Premium üzvlüyü mövcuddur. İngilis dili də daxil olmaqla Alman, Ispan, Portuqal, Fransız, İtalyan, Holland, Çin, Finland, İsveç, Yapon, Rus, Türk və Macar dillərində fəaliyyət göstərir. Fransız və Alman dilləri daha məşhurdur.
StudiVZ
StudiVZ Almaniyada ən böyük sosial şəbəkədir və İsveçrə, Avstriya kimi almandilli ölkələrdə də məşhurdur. Bu sayt Avropa kollec və tələbələri üçün xüsusi bir kataloq kimi işləyir. StudiVZ sosial şəbəkəsi tələbələrə adı, yaşı, təhsil subyektləri, maraqları, qrup üzvlükləri və s. Kimi məlumatları saxlaya biləcəyi səhifə yaratmaq imkanı verir.
Əvvəllər openBC/Open Business Club kimi tanınan Xing profesional şəbəkə vasitəsidir və Almaniya, İspaniya, Portuqaliya, İtaliya və Fransa kimi ölkələrdə məşhurdur. LinkedIn-lə oxşarlıq təşkil edən bu sosial şəbəkə 200-dən çox ölkədən mütəxəssisləri olduğunu iddia edir. Üzvlərin saytı ödənişli yoxsa ödənişsiz istifadə etmə istəyindən asılı olaraq saytın Basic və Premium üzvlüyü mövcuddur. İngilis dili də daxil olmaqla Alman, Ispan, Portuqal, Fransız, İtalyan, Holland, Çin, Finland, İsveç, Yapon, Rus, Türk və Macar dillərində fəaliyyət göstərir. Fransız və Alman dilləri daha məşhurdur.
Renren
Əvvəllər Xiaonei Network adı ilə tanınan Renren Çinin ən böyük sosial şəbəkələrindən biridir və əsasən Çin mənşəli insanları əhatə edir. Daha çox kollec tələbələri arasına məşhurdur. Bu saytın həm də istifadəçilərin mobil telefonlarla daxil ola biləcəyi WAP versiyası var. Renren üzvlərə ani mesajlaşma və digər xidmətlər təklif edir. Eyni istifadəçi adı ilə həm Renren həm də Kaixin sosial şəbəkəsində qeydiyyatdan keçmək olar. Lakin Renren əsasən Çin tələbələri üçün xidmət edirsə, Kaixinin hədəf auditoriyası işçilərdir.
Kaixin001
Kaixin001 Çində məşhur professional şəbəkə vasitədir. Bu sosial şəbəkə üçün hədəf auditoriya, adətən, şəhərin birinci dərəcəli sinfinə məxsus, “ağ yaxalıqlılar” arasında məşhurdur. Çində bu sayt transmilli şirkətlər, reklam agentlikləri və digər şirkətlər arasında çox populyardır. Bu sosial şəbəkənin məşhurluğu 2009-cu il Çində Myspace, Facebook, Twitter və Youtube qadağan olunandan sonra daha da artdı.
Hyves.nl
Hyves Holland üzvlər və qonaqlarla Niderlandın ən böyük sosial şəbəkəsi hesab olunur. Hyves Ödəniş və Hyves Oyunları vasitəsilə istifadəçilər dostlarına pul köçürmələri edə və maraqlı oyunlar oynaya bilərlər. Bu sosial şəbəkə də digərləri kimi profil yaradılması, bloglar, şəkillərin yüklənməsi kimi xüsusiyyətlərə malikdir. Son zamanlar Hyves sözü Niderlandda ümumişlək sözə çevrilmişdir və Avropada da böyük sürətlə populyarlıq qazanır.
Millat Facebook
Millat Facebook müsəlmanlar üçün yaradılmış sosial şəbəkədir. Pakistanda Facebook-un qadağan olunmasından sonra yaradılan bu sayt Ərəb ölkələrində də məşhurlaşmağa başlamışdır. Millatfacebook istifadəçilərə video söhbət, bülletenlər, blog, sorğular və profil özəlləşdirmə təklif edir. Eyni zamanda, üzvlər səhifə dizaynlarını dəyişib öz zövqlərinə uyğun qura bilərlər.
Ibibo
Ibibo iBuild və iBond sözlərindən götürülmüşdür, Hindistandan fəaliyyət göstərən sosial şəbəkədir və istifadəçiləri üçün bir çox tətbiqetmə təklif edir. Təklif olunan digər xidmətlərə oyunlar, blog, limitsiz şəkil saxlama, mail, video paylaşma, pulsuz SMS xidməti, poçt, sorğular və s. daxildir.
Sonico
Sonico Latın Amerikasında məşhur olan pulsuz sosial şəbəkədir. Bu sayt vasitəsilə siz dostlar əlavə edə bilər, mesaj üzərindən onlarla qarşılıqlı əlaqə saxlaya bilər, öz şəxsi profilinizi yaradıb idarə edə bilər, eyni zamanda, foto və video yükləyib, tədbirlər təşkil edə bilərsiniz. Bu sosial şəbəkənin əsas xüsusiyyəti sizə 3 profil yaratma şansı verməyidir – şəxsi, ictimai və professional. Sonico həmçinin ispan və portuqal dilli regionlarda da populyarlaşmaqdadır.
Wer-kennt-wen
Wer-kennt-wen Almaniyada ən tanınmış sosial şəbəkələrdən biridir. Onun əsas xüsusiyyəti yalnız 14 yaşdan yuxarı şəxslərin istifadəsinə icazə verilməsidir. Digər sosial şəbəkələrdə olduğu kimi, Wer-kennt-wen də üzvlərə bloglar yaratmaq, dostlarla söhbət etmək kimi imkanlar verir. İstifadəçilər bu şəbəkə icmasının bir üzvü olur və istədikləri hərkəslə əlaqə saxlaya bilirlər.
Cyworld
Cyworld Cənubi Koreyada yayılmış sosial şəbəkədir və onun Koreya internet mədəniyyətinin formalaşmasında böyük rolu olmuşdur. Bu sosial şəbəkədə bir çox Koreya sosialistləri və məşhurlarının qarşıdakı turlar və görəcəklər işlərlə bağlı göndərişlər yazdığı profilləri var. Cyword-un Cənubi Koreya, Çin və Vyetnamda şəbəkələri var və o, Asiya, Sakit okean, İslandiya kimi ölkələrdə populyarlıq qazanmaqdadır.
Mixi
Mixi əsasən Yaponlar üçün nəzərdə tutulmuşdur. Bu sosial şəbəkə sizə yeni insanlar tanımaq, mesajlar göndərmək və qəul etmək, gündəlik yazmaq, digər üzvlərin gündəliklərini oxumaq və rəy vermək, müxtəlif qruplara qoşulmaq kimi imkanlar verir. Mixi üzvü olmaq üçün Yapon mobil telefon istifadəçisi olmalısınız.
IWiW
iWiW - International Who is Who abreviaturasıdır və Macarıstanda fəaliyyət göstərən sosial şəbəkədir. İstifadəçilər şəxsi məlumatlarını daxil edə biləcəkləri profil yaratma imkanı təklif edilir. Axtarış sistemindən istifadə etməklə üzvlər dostlarını tapa bilərlər. iWiW həmçinin üzvlərinə iWiW etimadnaməsindən istifadə etməklə xarici saytlara daxil olma imkanı da verir. Iphone və Android telefonlar üçün də iWiW tətbiqetməsi mövcuddur.
(c) millibyte.az
Paylaş:Facebook Twitter Google+
0 коммент. :
Şərhinizi bildirin
Fikirləriniz bizim üçün maraqlıdır... !