Stiv Cobs, Stiven Paul Cobs (ing. Steven Paul "Steve" Jobs; 24 fevral 1955 – 5 oktyabr 2011) — tanınmış Amerika ixtiraçısı və biznesmeni.
O Apple Inc. şirkətinin yaradıcılarından biri, direktorlar şurasının sədri və baş icraçı direktoru idi. Cobs həmçinin Pixar şirkətinin icraçı direktoru idi; 2006-cı ildə Pixar şirkəti The Walt Disney Companynini əldə etdikdən sonra onun direktorlar şirkətinin üzvü olur.
XX əsrin 70-ci illərin sonunda o, Apple Inc.-in digər təsisçiləri olan Stiv Voznyak, Maykl Markkula və digərlərilə birlikdə Apple II seriyalıkommersiya cəhətcə çox uğurlu olan şəxsi kompyuteri layihələndirir, istehsala salır və satışını təşkil edir. 1980-ci illərin əvvəlində isə oMacintoshun yaranmasına gətirib çıxaran interfeys istifadəçisi üçün kompyuter siçanı yaradır.
1985-ci ildə direktorlar şurasında istədiyi dəstəyi ala bilməyən Stiv Cobs Apple Inc.dən gedərək NEXT şirkətini yaradır. yeni şirkət universitetlər və biznes-strukturlar üçün kompyuter platforması hazırlamağa başlayır. 1996-cı ildə Apple qarşılıqlı razılaşma ilə NEXT şirkətini alır və Jobs yeni konqlomeratın sahiblərindən birinə çevrilir. O həmçinin 1997-ci ildən şirkətin müvəqqəti baş icraçı direktoru olur, 2000-ci ildən isə bu vəzifəyə daimi təyin edilir. 2011-ci ilin avqust ayından icraçı direktor vəzifəsindən gedərək, vəfatına qədər Apple şirkətinin idarə heyətinin sədri olur.
1986-cı ildə o Lucasfilm Ltdnin kompyuter qrafikası bölməsini alır. 1995-ci ildə "Oyuncaqlar trixi" adlı cizgi filmində icraçı direktor kimi iştirak edir. O həmin şirkətin 2006-cı ildə by The Walt Disney Company şirkəti tərəfindən alınana qədər direktoru və səhmlərinin 50,1 faizinin sahibi olur. Həmin alqı-satqıdan sonra o yeni şirkətin 7 faiz səhminə nail olur və direktorlar şurasının üzvü olur.
Stiv Cobs 5 oktyabr 2011-ci ildə Kaliforniyada 56 yaşında xərçəng xəstəliyindən vəfat edir.
Paylaş:Facebook Twitter Google+
0 коммент. :
Şərhinizi bildirin
Fikirləriniz bizim üçün maraqlıdır... !