Azərbaycanda Elektron Təhsil İdarəetməsinə təlabat və təhsil müəssisələrində innovasiyalar - web 2.0
Yazı lenti :

Bütün fənlərə aid web 2.0 alətlərini bu blogdan əldə edə bilərsiniz...
Ana səhifə » » Azərbaycanda Elektron Təhsil İdarəetməsinə təlabat və təhsil müəssisələrində innovasiyalar

Azərbaycanda Elektron Təhsil İdarəetməsinə təlabat və təhsil müəssisələrində innovasiyalar

Müəllif Gulnar tarix 9.11.2014 | 12:38

Like
«E-Təhsil», «E-Universitet» və yaxud «E-Məktəb»...bu sözlər çox dərin, uzunmüddətli strategiyaya əsaslanan və uzunmüddətli icra əziyyəti nəticəsində ərsəyə gələn anlayışlardır. 

Bu bloqumda ətraflı olaraq Təhsil İdarəetmə sistemləri (ingilis dilində: «Learning Management System») haqda, onların üstünlükləri, yerli və xarici bazarda bu sistemlər və şirkətlər barədə məlumat, əsasən də Azərbaycan bazarında bu tip sistemlərin bazar araşdırması nəticəsində ehtiyacını müəyyənləşdirmək istədim. Son olaraq, öz fikir və tövsiyyələrimi bildirmək istərdim.

E-TƏHSİL İDARƏETMƏ SİSTEMİ ANLAYIŞI

Fikrimcə hər bir təhsil müəssisəsi (dövlət və özəl universitetlər, məktəblər, təlim mərkəzləri və s.) üçün Elektron Təhsil konsepsiyası baxımından nəzərə alsaq, bir neçə sistemlərin tətbiqi çox yaxşı olardı. Bu sistemlərə daxildir: 

a) Təhsil prosesinin bütünlüklə avtomatlaşdırılması üçün Təhsilin İdarəetmə Sistemi (burada ilk öncə baza mərhələsi olaraq: Təşkilati struktur, Əməkdaşlar, Tələbələr, Valideyn, inzibati rəhbər işçiləri, elektron ədəbiyyat; Planlaşdırma mərhələsi olaraq: Tədris planı, Tədris qrafiki, Fənn proqramı, Dərc Cədvəli və İdarəetmə mərhələsi olaraq: Planlar, e-Jurnal, Qiymətləndirmə və digər təhsil üzrə iş proseslərin avtomatlaşdırılması nəzərdə tutulub) və bu işin vahid bir portaldan təşkil edilməsidir;

b) Təhsilin keyfiyyətinin ölçülməsi baxımından Mərkəzləşdirilmiş İmtahan İdarəetmə sistemi (test və açıq sual banklarının yaradılması, şəffaf qiymətləndirmənin aparılması və analitik təhlil, valideynləri bu sistemə qoşmaqla övladların imtahanlarının nəticəsini görmək və s. funksionallıq nəzərdə tutulub);

c) Təhsil müəssisələrində Mərkəzləşdirilmiş Elektron Kitabxana sistemlərinin qurulması. Məqsəd bütün kitabların vahid elektron bazasının yaradılması, beynəlxalq kitabxana standartlarına uyğunlaşdırılması və s. nəzərdə tutulmalıdır;

d) Təhsilin distant formada təşkili (veb konfrans) və İdarəedilməsi sistemi (burada həm avadanlıq və proqram təminatını tətbiq etməklə, müəllim və bugünkü dövrün məşğul tələbələrinin uyğun vaxtda təhlilini aparmaq). Bu sistemlərin tətbiqindən sonra qiyabi təhsil öz aktuallığını itirir;

e) Tələbə davamiyyətinə nəzarət üçün ağıllı «smart» tələbə bileti sistemlərinin tətbiqi;


f) Praktiki dərslərin aparılması üçün interaktiv simulasiya (prototip) otaqlarının və qurğularının hazırlanması (misal olaraq gəmiçilik, təyyarənin və digər qurğuların öyrənmək məqsədi ilə simulasiya formasında idarə edilməsi və s.);

g) və digər təhsil müəsissələri üçün yenilikləri tətbiq etmək nəzərdə tutula bilər.

E-TƏHSİL SİSTEMİ ÜZRƏ AZƏRBAYCAN BAZARINDA QISA ARAŞDIRMA

Bir neçə suallarla bazarı araşdırmaq istədik. Onların arasında daha maraqlı olanları ilə sizi tanış etmək istərdik: 

Sual: Yerli şirkətlərə proqram təminatı sahəsində etibarınız? Niyə?
Bütün respondentlər “Xeyr” cavabını verdilər. Səbəblər:
— Bu sahədə peşəkar kadrların az olması
— Öhdəliyinə götürdüyü işi (layihəni) sona qədər bitirməmək
— Qeyri-kompetentlik
— İşin (sistemin) tədbiqindən sonra işgüzar əlaqələrin kəsilməsi
Sual: Fikrinizcə, çalışdığınız qurumda hansı sahə sistemləşdirilməlidir?
— Tədris sistemi
— Office Management
— Tələbələrin qeydiyyatı
Sual: Proqram təminatı üzrə hansı ölkənin proqram məhsullarına etibar edirsiniz?
— ABŞ – 3
— Rusiya – 2
— Böyük Britaniya – 1
— Ukrayna – 1
— Türkiyə — 1

Fərqli məsələləri əhatə edən 3 sual, özündə dərin təhlili və nəticəni birləşdirir. Nəticə olaraq bildirmək olar ki: 
a) Qabaqcıl iki-üç ali məktəb müəssisəsini çıxsaq, digər universitetlərdə təhsil prosesinin bütünlüklə avtomatlaşdırılması aparılmayıb. Təəssüf ki, nə universitetin rəhbərliyi nə də müəllimlərin bu tip sistemlərin üstünlüklərini tam anlamaması, sistemə etibar etməməsi və elektron təhsilə keçidə tam da marağı olmaması yaxşı hal deyil. İndiyə kimi kağız formasında şəxsi kartların yaradılması, dərs cədvəllərin formalaşdırılması, idarəetmənin də kağız formasında aparılması, tələbə-müəllim-valideyn münasibətlərinin interaktiv formada olmaması təəssüf hissi doğurur. 
b) Digər məsələ isə bir — birimizə inamsızlıq məsələsidir. Düzdür, kimin üçünsə xaricilər bizdən daha yaxşı texniki və idarəetmə baxımından daha çox biliyə malik ola bilər amma reallıq başqa mənzərəni göstərir. Mən elə düşünmürəm və bizdə kifayət qədər peşəkar mütəxəssislərin olmasına inanıram. İstənilən sistemin təhlili, proqramlaşdırması, sistemin düzgün arxitekturasının qurulması, uzunmüddətli tətbiqi və real istismara verilməsi digər sahələr kimi (misal olaraq avadanlıq satışı və s.) sadə iş deyil. Çünki hər bir sistemin arxasında bir ideya durur və bu ideyalar məhdudiyyətsiz/sonsuz ola bilər. Hər hansı bir xarici şirkətin mütəxəssisi sistemi qurandan sonra məqsədi çox zaman pulu alaraq “aradan çıxmasıdır”. Lakin sonra problemlər elə qalır bizim yerli mütəxəssislərin öhdəsinə. Bu səbəbdən şirkət və müştəri arasında mütləq inam çox vacibdir. ABŞ, Rusiya kimi ölkələrin daxilində nə qədər e-təhsil sahəsi üzrə mükəmməl sistemləri olsa da, istənilən halda biz onlardan daha mükəmməl sistemlər yarada bilərik. Ən azı Təhsil Nazirliyinin və təhsil müəssissələrinin spesifik tələbləri nəzərə alına bilər.

c) Digər üstünlük – universitetlər bu sistemləri tətbiq etməklə, valideynlərə elektron xidmət göstərərək əlavə gəlir əldə etmək imkanı qazana bilər. Misal olaraq valideynlər övladlarının davamiyyəti, qiymətləri və imtahan nəticələrini görmək üçün xüsusi şəxsi kabinet yaradaraq, aylıq cüzi ödəniş haqqı hesabına xidmət göstərə bilərlər.

MÖVCUD SİSTEMLƏR

Bazarda bir necə mövcud sistem. Bunlar yerli şirkətlər tərəfindən təhsil müəssisələrinin istəyinə uyğun hazırlanmış və xarici şirkətdə mövcud bir necə açıq kodda “open-source” sistemlərdir. Bunlardan Moodle, Blackboard, Canvas, Edmodo, Desire2Learn, Schoology və digər xarici sistemlər movcuddur. Əsasən diqqətinizi bu açıq kodlu sistemlərə cəlb etmək istərdim ki, bu tip sistemlərin təhlükəsizliyi sual altında ola bilər. Həmçinin yerli şirkətlərin həllərini də təqdim etmək olar.

(c)technimum.com



Paylaş:Facebook Twitter Google+
Bu yazını paylaş :

0 коммент. :

Şərhinizi bildirin

Fikirləriniz bizim üçün maraqlıdır... !

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

~~ e-resurs.edu.az ~~

~~ Fotofilm ~~

~~ Təsadüf yazılar ~~

~~ Çox oxunanlar ~~

 
Support : Veb 2.0 | Gulnar Gunduz |

Copyright © 2014. web 2.0 - All Rights Reserved