myspace.com - web 2.0
Yazı lenti :

Bütün fənlərə aid web 2.0 alətlərini bu blogdan əldə edə bilərsiniz...

myspace.com

Müəllif Gulnar tarix 4.10.2014 | 09:45

Like


myspace.com - MySpace — əsası 2003-cü ildə qoyulan, virtual aləmdə internet istifadəçiləri arasında ünsiyyət qurulmasına xidmət edən, istifadəçilərə fərdi profillər, bloqlar yaratmağa, şəkillər, musiqi və videolar paylaşmağa imkan verən sosial şəbəkə.
Qurulduğu dövrdə sosial şəbəkənin baş ofisi Beverly Hillsdə yerləşmişdir. 16 mart 2007-ci ildən etibarən isə baş ofis şəbəkənin mənsub olduğu News Corporation şirkətinin Nyu-Yorkdakı ofisinə köçürülmüşdür. Myspace xüsusilə hələ tanınmayan musiqiçilərə məşhurlaşmaları üçün geniş imkanlar yaradır. Bu musiqiçilər heç bir ödəniş etmədən öz mahnılarını sayta yerləşdirib internet istifadəçilərinin ixtiyarına verə bilirlər. Myspace yüklənən musiqi əsərlərinin müəllif hüquqlarını musiqini yükləyən istifadəçidən tələb etmir, yəni bu sayt bir növ pulsuz reklam saytıdır. Sayta şəkillər və şəxsi məlumatlar da əlavə oluna bilər. Bu cür məlumatlar "gizlilik" prinsipinə əsasən qorunur. Sayt istifadəçiləri profillərindəki məlumatların yalnız özləri müəyyənləşdirdikləri kəslər tərəfindən oxuna bilməsi inkanına malikdirlər. Ancaq ABŞ-da qəbul olunan "Patriot Act" qanunu ABŞ hökumətinə məlumatları gizli saxlanılan profillərə belə giriş hüququ tanımışdır. Çox sayda tənqidlərə məruz qalan bu qanun hələ də qüvvədədir.
MySpace saytı 18 iyun 2008-ci ildə öz dizaynını dəyişmişdir. Saytın quruluşunda ASP.NET 2.0-dan istifadə olunmuşdur.








Paylaş:Facebook Twitter Google+
Bu yazını paylaş :

0 коммент. :

Şərhinizi bildirin

Fikirləriniz bizim üçün maraqlıdır... !

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

~~ e-resurs.edu.az ~~

~~ Fotofilm ~~

~~ Təsadüf yazılar ~~

~~ Çox oxunanlar ~~

 
Support : Veb 2.0 | Gulnar Gunduz |

Copyright © 2014. web 2.0 - All Rights Reserved