sosial.az - Milli sosial şəbəkə
Like
Sosial.az - Dünya azərbaycanlılarının sosial şəbəkəsidir. Dünyanın harasında yaşamasından, dilindən, dinindən, milliyyətindən asılı olmayaraq, biz özünü azərbaycanlı olaraq tanıyan hər kəsi bu şəbəkəyə qoşulmağa dəvət edirik. Bu şəbəkə bir ümumi dəyərin – azərbaycançılığın əsasında qurulub və həmin dəyəri paylaşan hər kəsin virtual məskənidir.
Müasir dövrdə həm qlobal, həm də müxtəlif ideyalar ətrafında yaradılan lokal sosial şəbəkələr az deyil. Amma məhz dünya azərbaycanlılarını eyni virtual məkanda bir araya gətirən layihə yox idi. “Sosial.az” bu boşluğu aradan qaldırmaq üçün yaradılıb. İnternetin qlobal mahiyyəti sərhəd tanımır və bu hal kiçik xalqları, onların milli kimliklərini, fərqliliklərini ümumi axının içində əridib yoxa çıxara bilər. Biz buna qarşıyıq, ona görə də, ümumi olan internetdə Azərbaycanın virtual məkanını yaratmaq qərarına gəlmişik. Bu saytın çərçivəsində öz həmvətənlərimizlə istənilən mövzunu müzakirə edə bilərik. Bura dünya azərbaycanlılarının məclisidir.
Texniki imkanlar
Bütün dünyada yaşayan soydaşlarımızın problemsiz istifadə edə bilmələri üçün sayt 3 dildə fəaliyyət göstərir.
Saytın ana səhifəsində siz başqa sosial şəbəkələrin nişanlarını görürsünüz. Onlardan istifadə etməklə, həmin şəbəkələrdə olan hesabınızı olduğu kimi sosial.az-a köçürə bilərsiniz. Beləliklə, siz sıfırdan başlamağa məcbur deyilsiniz.
İstifadəçilərin rahatlığı üçün sayt digər qlobal sosial şəbəkələrlə tam inteqrasiya olunub. Belə ki, sizin burada bölüşdüyünüş hər şey avtomatik olaraq digər şəbəkələrdə - Facebook, Twitter, Linkedin və s.-də əksini tapacaq. Beləliklə, siz əlavə zəhmət çəkmədən paylaşmaq istədiyiniz hər şeyi eyni zamanda müxtəlif sosial şəbəkələrdə müxtəlif auditoriyalarla bölüşə biləcəksiniz. Eyni zamanda, həmin şəbəkələrdəki dostlarınızı sosial.az-a dəvət edə biləcəksiniz.
Saytda bloq yazmaq imkanı var. Bu isə o deməkdir ki, Siz təkcə qısa postlarla kifayətlənməyə, fikirlərinizi daha geniş ifadə edə, yaradıcılığınızı başqaları ilə paylaşa bilərsiniz.
Yaradacağınız xüsusi səhifələr və qruplarda insanları öz ideyalarınızın ətrafında birləşdirə bilərsiniz.
Xüsusi yaradılmış texniki imkan vasitəsilə sorğular təşkil etməklə həmvətənlərimizin müxtəlif məsələlərə münasibətini öyrənmək sizin üçün son dərəcə asan olacaq. Başqalarının nə düşündüyündən agah olun! Cəmiyyətin fikrini bilin.
“Tədbirlər” bölməsi sizə qarşıda hansı maraqlı hadisələrin gözlənildiyini bilməkdə və vaxtınızı planlaşdırmaqda kömək edəcək. Beləliklə, sizin üçün maraqlı olan bütün hadisələrin kursunda olacaq, heç nəyi diqqətdən qaçırmayacaq, eyni zamanda başqalarını öz tədbirlərinizə dəvət edə biləcəksiniz.
“Viktorinalar” bölməsində digərlərilə maraqlı sual-cavab apara bilərsiniz.
Dinlədiyiniz musiqiləri başqalarıyla bölüşməklə zövqünüzü və daxili dünyanızı açıb göstərmiş olacaqsınız. Saytımızda bunun üçün çox əlverişli imkan var.
Şəbəkəmizdə işgüzar imkanlar da yaradılır: burada müxtəlif elanlarınızı başqalarının diqqətinə çatdıra, sizə lazım olan əşya və ya xidmətləri daha tez, rahat əldə edə, yaxud sata bilərsiniz.
Harada olmanızdan asılı olmayaraq, sosial.az-dakı dostlarla problemsiz əlaqə saxlaya biləcəksiniz. Çünki saytımızın m.sosial.az ünvanında yerləşən mobil versiyası həmişə sözün hər iki mənasında ovcunuzun içində olacaq
Paylaş:Facebook
Twitter
Google+
0 коммент. :
Şərhinizi bildirin
Fikirləriniz bizim üçün maraqlıdır... !