ELEKTRON RESURSLARIN TƏHSİLDƏ İMKANLARI - web 2.0
Yazı lenti :

Bütün fənlərə aid web 2.0 alətlərini bu blogdan əldə edə bilərsiniz...
Ana səhifə » » ELEKTRON RESURSLARIN TƏHSİLDƏ İMKANLARI

ELEKTRON RESURSLARIN TƏHSİLDƏ İMKANLARI

Müəllif Gulnar tarix 28.11.2014 | 11:59

Like
XXI əsr yüksək kompyuter texnalogiyaları əsridir. Bu əsrin təlim metodu ənənəvi təlim prosesindən fərqlənir. Kompyuter və elektron texnologiyaları həyatımızın böyük bir hissəsini təşkil edir. Müəllimlərimiz müasir dövrün bu ən mükəmməl texnologiyalarının tədrisdə tədbiqi istiqamətində yaradıcı axtarışlar aparmaqla və ortaya maraqlı fəaliyyət nümunələri qoymaqdadırlar. Bu məqsədlə pedaqoji qüvvə şagirdləri indiki dövrdə rahat yaşamaları üçün müasir həyata hazırlamalıdır. Şagirdlərdə müasir bacarıq, sərbəst düşünmə tərzi və məqsədə nail olmaq üçün müasir texnika və texnologiyalarından düzgün istifadə bacarıqlarını inkişaf etdirməlidir.


XXI əsr təlim prosesi şagirdə yönəlmiş təlim prosesidir. Bu proses şagirdlərdə informasiya mübadiləsi və fikir yürütmək bacarığı formalaşdırır. Şagird müxtəlif mənbələrdəki elektron resurslara istinad etməklə müstəqil məlumat əldə edir. Tədqiqat aparmaq, ünsiyyət qurmaq və yeni informasiya əldə etmək üçün isə müasir texnologiyaların imkanlarından istifadə etmək lazım gəlir.
Bundan əlavə şagirdlərin maraq dairəsini nəzərə alsaq şahidi olarıq ki, İKT-dən istifadə onların diqqətini cəlb edən bir sahədir. Eyni zamanda müəllim də bu sahədən istifadə etməklə şagirdlərdə həvəs və maraq yarada bilər. Təbii ki, bu da müəllimin yaradıcılıq qabiliyyətindən aslıdır.
Elektron (təlim və internet) resursları müvəffəqqiyətli təhsil almaq üçün şərait yaradan və ən yüksək nəticəyə nail olmağa kömək edən bir vasitədir. Hal-hazırda təhsil sisteminin informasiyalaşdırılmasında əsas diqqət elektron təhsil resurslarının hazırlanmasıdır. ETR (Elektron Təhsil Resursları) dedikdə tədris məzmunlu elektron forma nəzərdə tutulur ki, onlarıda səsləndirmək üçün müxtəlif elektron mexanizm və maşınlardan istifadə edilir. Ən müasir tədris resursları kompyuterlərdə hazırlanır. ETR adi dərslikdən fərqlənir və onun interaktivliyi isə şagirdin müstəqil işləməsini təmin edir.
ETR-nı üç qrupa mətn, tekstoqrafik və multmedia xarakterli resurslara ayırmaq olar.
Mətn xarakterli ETR- əsasən mətndən ibarət olur, mühazirə xarakteri daşıyır və internetdə yerləşdirmək mümkündür.
Tekstoqrafik xarakterli ETR – mətn və daxilində cədvəllər, diaqramlar və s. ola bilər.
Multmedia xarakterli ETR – tərkibində video, animasiya, audio, məzmun və interaktiv üsul ola bilər
Mənə elə gəlir ki, yuxarıda verilmiş tədris resurslarının ən effektivi multmedia resursudur. Burada tədris obyektləri mətn, qrafik, foto, video səs və animasiya formasında təqdim olunur. Bütün bunlar şagirdlərdə qavramanın növlərini hərəkətə gətirir, bununla da tədris prosesi daha rəngarəng və maraqlı olur.
Multimedia çox faydalı və məhsuldar bir tədris resursudur. Çünkü resursda interaktivlik və müxtəlif tədris materiallarına inteqrasiya şagirdlərin motivasiyasını artırır. Rəqəmsal multmedia resursları təqdim edilən digər tədris vasitələrdən ən böyük üstünlüyü onun interaktivliyidir.
Sözsüz ki, multmedia resursları müəllimi və dərslikləri əvəz etmir amma eyni zamanda materialı mənimsəmək üçün yeni imkanlar yaradır. Bu resurslar şagirdlərdə anlama səviyyəsini yüksəldir və multmedia vasitələrindən istifadə zamanı şagirdlərin yorğunluğunu aradan qaldırır. Nəhayət ETR-in mühüm üstünlüyü onun şagird tərəfindən fərdi öyrənməyini təmin etməsindədir. Yəni sərbəst çəkildə öz bilik və bacarıqlarının nə səviyyədə olduğunu müəyyən edə bilir.
Elektron təhsil resursları dedikdə təkcə CD-lərdə və müəllimin kompyuterdə hazırladığı resurslar nəzərdə tutulmur bura İnternet tədris resursları da daxildir. İnternet təhsil sahəsində də böyük imkanlar yaradır. Tədris prosesində internetin rolu və yerini düzgün müəyyən etmək olduqca vacibdir.
Bu məsuliyyətli iş fənn müəllimlərin üzərinə düşür. Tədris internet resurslarının əksəriyyəti heç bir yoxlamadan keçmir, tədrisə uyğun olan materialların seçilməsində hətta müəllimlər üçün də çətinlik yaradır. Bu problemi həll etmək üçün müəllim əsl peşəkar olmalıdır. Müəllim materialları təhlil edib öz şagirdlərinə məsləhət görməyi bacarmalıdır.
İnternetdən səmərəli istifadə zamanı şagirddə yazı bacarığı, söz ehtiyatı, tez ünsiyyətə girmək və lazımi formada ünsiyyət qurmaq, qarşısındakını dinləmək və s. kimi müsbət keyfiyyət və vərdişlərə yiyələnə bilər. Təbii ki, bəzən sosial şəbəkələrdən düzgün istifadə etməmək bir çox mənfi sonluqlarla nəticələnə bilər. Belə ki, şagirdlər informasiya axtararkən konkret nəyi axtarmalı olduqlarını bilmədikləri üçün qarşısına çıxan böyük informasiya axının içərisinə düşmüş olurlar. Bu zaman hətta onların əxlaqi dəyərlərini poza biləcək resurslarlada qarşılaşa bilərlər. Mənə elə gəlir ki, tədris zamanı şagirdlərin internetdə elektron resursların axtarıb tapılması prosesi daim nəzarət altında olmalı və müəllim tərəfindən istiqamətləndirilməlidir.
Son illər Azərbaycan Respublikasında İKT-dən istifadə sahəsində bir sıra ciddi addımlar atılmış və bu istiqamət dövlət siyasətinin əsas məsələlərindən birinə çevrilmişdir. Təhsil sistemində İKT-dən istifadə ilə ümumi səviyyəni yüksəltmək, təhsillə əlaqəli şəxslərin bu sahəyə marağını daha da artırmaq üçün bir sıra layihələr və trenninqlər keçirilməkdədir. Əksər ölkələrdə təhsil ocaqlarının müəllimlərinə tədrisdə internet resursları ilə işləməyi öyrətmir.
Amma tərifəlayiq haldır ki, Respublikamızın tədris müəssisələrində çalışan pedaqoji işçilərin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə mütəmadi olaraq treninqlər təşkil olunur. İştirakçısı olduğum bu treninqlərin ən sonuncusu “Az. Respublikası Təhsil Nazirliyinin” və “Mədəd Azərbaycan” təşkilatının birgə keçirtdiyi “Fənlərüzrə Elektron Təhsil Resursları” kursu oldu.
Bu kurs İsmayıllı rayon şəhər 3 saylı tam orta məktəbində 13.01.2014-ci il tarixdən 18.01.2014-cü il tarixə kimi 48 saat olmaqla davam etdi. Kursda Rayon təhsil sahəsində qısa müddət ərzində müvəffəqqiyət qazanmış “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibləri və nailiyyətləri ilə seçilən qabaqcıl müəllimlər iştirak etdilər.
Bu trenniqdə biz aşagıdakı bölmələr üzrə
* Elektron resurslar və onların təsnifatı.
* Elektron təhsil resurslarının müsbət və mənfi cəhətləri.
* Elektron təhsil resurslarının yaradılmasına qoyulan tələblər.
* İnternet resursları və onların tədrisdə istifadəsi imkanları mövzusunda məlumat aldıq.
Dövlət proqramları ilə bərabər İsmayıllı rayon təhsil sistemində İKT-dən istifadə ilə bərabər ümumtəhsil məktəblərin fənn müəllimlərinin bu sahəyə marağını daha da artırmaq məqsədilə bir sıra layihələr və müsabiqələr keçirilir.
Müəllimlərimiz bu müsabiqələrdə daim iştirak edir və yüksək nailiyyətlər qazanır. Bütün bu nailiyyətlər və bu nailiyyətlərin əldə edilməsində müəllimlərimizə dəstək olan İsmayıllı Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucovun və Rayon təhsil işçilərnin uğurudur. Fəxrlə deyə bilərəm ki, bacarıqlı təhsil işçisi R.Orucovun etdiyi rayon təhsilinin qısa müddət ərzində yüksəklərə qalxmasında böyük əməyi olmuşdur. Mənə elə gəlir ki yalnız rayonumuzun “pilot” və şəhər 1 saylı tam orta məktəbin “Elektron məktəb” olması kifayətdir.
Rayonun təhsil sahəsindəki uğurları hər kəsə məlumdur.
Müəllimlik çətin və mürəkkəb, şərəfli və məsuliyyətli olmaqla yanaşı həmdə yaradıcıdır. Müəllim müasir dövrdə təlim texnalogiyalarına yüksək səviyyədə yiyələnməlidir. Bunun üçün isə o, daim öz üzərində işləməli, pedaqoji hazırlığını təkminləşdirməli təbii ki, peşəkarlıq səviyyəsini yüksəltmək üçün mütamadi hazırlıq kurslarından keçməlidir. Müəllim şagirdlərini fəallaşdırmaq və təlim prosesinə interaktivlik qoşmaq istəyirsə ilk növbədə yaradıcı olmalıdır. O informasiya kommunukasiya vasitələrinə dərindən yiyələnmədən şagird maraqlarına cavab verə bilməz.
Müşahidələr güstərir ki, qurulan dərslərin əksəriyyətində ənənəvi üsul və vasitələrdən istifadə edilir. Bu tədrisin keyfiyyətinə öz mənfi təsirini göstərir.
Amma şagirdlərə verilən test tapşırıqlarını müəllim özü yuxarıda qeyd etdiyimiz kimi multmedia xarakterli hazirlasa daha səmərəli və yaddaqalan olar. Hal-hazırda məktəblərdə müəllimlər Power Point proqramından demək olar ki, hər dərsdə istifadə edirlər. Mövzu haqda məlumatları şagirdlərə çatdırmaq üçün məlumatları bu proqramda hazırlayırlar. Amma təəssüf ki, bu proqramın geniş imkanları ilə bir çox müəllimlərimiz tanış deyillər. Tək mətndən ibarət olan slaydlar şagirdlər üçün heç bir fayda vermir. Power Point proqramının üstünlüyü müxtəlif mövzuları animasiyalı “canlı” və “əyani” izah etməsindədir. Elektron resurs hazırlayarkən bu ideyalar haqqında düşünmək gərəkdir. İnteraktiv elektron resurslar həm müəllim, həm şagirdlər üçün faydalı, maraqlı, asanlıqla yadda qalan olmalıdır.
Mən aşağıda hazırladığım sadə iki müxtəlif elektron resursu (kompyuterdə hazırlanmış test tapşırığı) müqaisə etmişəm.
1. Multmedia xarakterli elektron resursdur.
2. Şagirdə İKT vasitələrilə təqdim olunur.
3. Şagird sulların düzgün və səhv cavablarını özü yoxlayır
4. Vaxt itkisinə qənaət edilir.
5. ETR tam interaktiv formada hazırlanıb.
6. Şagird test tapşırığında sərbəst işləyə bilir.
7. ETR-də eyni bir vaxtda bütün şagirdlər işləyə bilir.
1. Mətn xarakterli elektron resursdur.
2. Şagirdə A4 formatlı vərəqdə təqdim olunur.
3. Şagirdin düzgün və səhv cavablarını müəllim yoxlayır.
4. Təbii ki, bütün sinfin test tapşırıqlarının yoxlanması, düzgün və səhv cavablarının tapılması, bir dərs saatı ərzində mümkün deyil.
5. ETR-də heç bir interaktivlik müşühidə olunmur.
6. Şagird test tapşırıgında müəllimin izahatı ilə işləyir.
7. ETR-də bu fərdi resursdur yalnız bir şagird üçün nəzərdə tutulur.
Qeyd: Ola bilər yuxarıda hazırladığım elktron resurs həmkarlarım tərəfindən qəbul edilməz. Amma bu heçdə bir slayddan ibarət üz qabığı deyil. Sadə interaktiv tədris resursudur.
Hazırlanmış məzmunun 50%-dən çoxu interaktivdir bu da “ETR hazırlanması tələbləri”nə tam uyğundur.
Birinci test tapşırığı oyun xarakterlidir, animasiya , cəlbedici fotolar, suallar arasında keçidlər, şagird səhf cavab verdikdə pərtedici smayliklərin gəlməsi, musiqi və s. Effektlərlə zəngindir. İkinci test tapşırığı ağ vərəq üstündə yazılmış sadə sənəddir, şagirdi tez yorur, ənənəvi üsulun bir numunəsidir.
Qeyd etdiyimiz kimi tədris prosesində internet resursları həm şagirdlər həm də müəllimlər üçün əhəmiyyətlidir.
Müəllimlər üçün olan əhəmiyyəti:
* Dərs planlarının istifadəsində, veb saytlardakı informasiyaların köməyilə dərs qurmaq
* Öz kolleqalarıyla məlumat mübadiləsi aparmaq
* Zəngin təcrübə, bilik qazanmaq və ondan öz işində istifadə etmək
Şagirdlər üçün olan əhəmiyyəti:
* İKT biliklərin formalaşması və təkminləşməsi
* Sinif tapşırıqlarınin icrasında şagirdlərin birgə işləməsi
* İnternetdən düzgün istifadə etməklə kriativ biliklərə yiyələnmək
Hal-hazırda əksər müəllimlərin elektron resurslara və onların dərs zamanı istifadəsinə geniş marağı var. Bunları praktiki tədbiq etmək üçün müəllimlərə bir təkan lazımdır. Ümid edirəm ki aşağıdakı axtarış sistemləri və ünvanlar müəllimləri öz pedaqoji fəaliyyətində istifadə edəcək, şagirdlərin internetdə axtarış zamanı düzgün ünvan seçməsində dəstək olacaqdır.
Google axtarış proqramından sonra ən yaxşı axtarış sistemləri:
Şəkil
Şəkil
* Yahoo.com                                                              * Nigma.ru
* DMOZ.org                                                                 * Quintura.com
* Lll.org                                                                       * Bing.com
* Alexa.com                                                                * CompletePlanet.com
* Clusty.com                                                                 * Yandex.ru
Bu axtarış sistemləri istifadəçinin sorğusuna əsasən yazdığı açar sözlərə görə müxtəlif internet səhifələrinə linklər verir. Bütün bunlar istifadə üçün mövcud olan kiçik bir hissədir.Yuxarıda verilmiş elktron axtarış resursları sadəcə bir tanışlıq xarakteri daşıyır. Hər bir müəllim öz fəaliyyətində daha çox, daha maraqlı elektron resurs tapa və hazırlaya bilər. Bu yolda hər bir yaradıcı müəllimə uğurlar diləyirəm.
Müşviq Məmmədov,
İsmayıllı rayon Mollaisaqlı kənd tam orta məktəbin 
informatika müəllimi
(c)tehsilproblemleri.com




Paylaş:Facebook Twitter Google+
Bu yazını paylaş :

0 коммент. :

Şərhinizi bildirin

Fikirləriniz bizim üçün maraqlıdır... !

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

~~ e-resurs.edu.az ~~

~~ Fotofilm ~~

~~ Təsadüf yazılar ~~

~~ Çox oxunanlar ~~

 
Support : Veb 2.0 | Gulnar Gunduz |

Copyright © 2014. web 2.0 - All Rights Reserved