
İnformasiya texnologiyalarının təhsildə rolu
Hər kəsə məlumdur ki, XXI əsr texnologiya ən geniş yayılmış sahədir. Müasir dünyada insanların ən yaxın dostu olan kompyuter texnologiyası, o cümlədən internetin insanlara təsiri ilə bərabər təhsilə, mədəniyyətə və s. təbəqələrə də təsiri danılmazdır. Bu mövzuda fikirlər ikiyə bölünür:
Birinci tərəflər bildirirlər ki, kompyuterin təhsilə xeyrindən çox zərəri vardır. Bu kimi insanlar daha çox Sovet təhsil sistemi dəstəkləyənlərdir. İkinci tərəfdə olan fikirlər isə kompyuterin təhsildə daha çox xeyirli olduğunu düşünürlər. Onların fikrincə kompyuter texnologiyası təhsil sahəsində istifadə edilməyə başladıqdan sonra bir sıra yeni metodlar ortaya çıxmış və dərslərin tədrisinə müsbət təsir etmişdir. Bu fikri irəli sürənlər daha çox Qərb dünyası təhsil sisteminə üstünlük verənlərdir.
Azərbaycanda texnologiyanın təhsildə rolu
Artıq bir neçə ildir Azərbaycanda da kompyuter texnologiyasından geniş istifadə edilməyə başlamışdır.Azərbaycanın Avropaya inteqrasiyasından sonra bu sahədə işlər daha da gücləndirildi. Bu təxminən 2000-cil ildən bu günə kimi dövrü əhatə edir. İlk əvvəllər kompyuter sahəsində çox az biliklər var idi insanlarda.Lakin illər keçdikcə bu sahədə geniş biliklər əldə edildi.
Yaşadığımız dövrdə kompyuter texnologiyasının təhsildə rolu çox genişdir. Beləliklə, dünyada, o cümlədən Azərbaycanda istər universitetlərdə,istərsə də məktəblərdə və digər təhsil ocaqlarında artıq bir çox dərslər kompyuterlə idarə olunur. Bu sahədə ilk vasitə kimi internetdən istifadə olunur. Bu sahədə də fikirlər ikiyə bölünür:

Əslində internetdən qısa və lakonik informasiyaların oxunması daha məqsədə uyğundur. Təbiidir ki, hər hansısa bir romanı internetdə oxumaq qeyri-mümkün deyil. Bugünkü dövrdə internetdə əyləncəli saytların zənginliyi,lakin maarifləndirici məlumatların kasıblığı internetə əyləncə vasitəsi kimi baxanların sayını artırıb. Lakin internet təkcə əyləncə vasitəsi deyil,həmçinin ən geniş yayılmış informasiya vasitəsidir.
Azərbaycanda təhsil mərkəzləri artıq informasiya texnologiyalardan kifayət qədər istifadə edir. Artıq neçə illərdir ki, Azərbaycanda CELT Colleges təhsil-tədris mərkəzi tədrisdə informasiya texnologiyalarından bir çox layihələrdə yararlanır. Tədris mərkəzindən verilən məlumata görə sentyabr ayından başlayaraq İngilis dili dərslərində yeni metod tətbiq olunub. Və bu metodda informasiya texnologiyalarının xüsusi rolu vardır. Beləliklə,öyrəncilər qulaqasma(Listening), yazı(writing) və digər praktik dərsləri həm müəllimlə, həm də kompyuterdə quraşdırılmış xüsusi proqramlar vasitəsilə keçirilir.
(c)celt.az
Paylaş:Facebook Twitter Google+
0 коммент. :
Şərhinizi bildirin
Fikirləriniz bizim üçün maraqlıdır... !